SON DƏQİQƏ:

MƏNDƏN  DEYİLSƏN! - Seyfəddin Altaylı yazır

  74506   |  
Şriftin ölçüsü  

“Kölgədə yaşayanlar günəşi görə bilməzlər”

Cənab Şəhabəddin

 

İnsanlar dünyaya ayaq qoyandan bəri bir-biriylə mübarizədədir. Yəni Habil-Qabil qısqanclığı əzəldən indiyə kimi davam edib və bundan sonra da edəcəkdir.

Tövrata görə, Qabil Adəm peyğəmbərin ilk, Habil isə ikinci oğludur. Habil çobanlıq etmiş, Qabil isə əkin-biçinlə məşğul olmuşdur. Qabil əkib-becərdiyi torpağın məhsulundan, Habil də otardığı qoyunların dünyaya gələn ilk quzusunu Allaha nəzir kimi təqdim etmişdir. Allah, Habilinkini qəbul etmiş, ancaq Qabilinkinə fikir verməmişdir, səbəbi də birinin müttəqi digərinin də olmaması məsələsidir. Habil Tanrıya nə qədər yaxınsa, Qabil də o qədər uzaq olduğundan qurbanı qəbul olunmamışdır. Bundan qəzəblənən Qabil Tanrının xəbərdarlığına baxmayaraq, qardaşı Habili öldürmüşdür. Tanrı da Qabilin torpaq tərəfindən lənətləndiyini və dünyada avaralanaraq yaşayacağını bildirmiş, lakin işlədiyi cinayət səbəbiylə öldürülməyəcəyini də bildirmişdir. O da ömrünün axırına kimi Ədənin şərq hissəsində yerləşən Nod bölgəsində yaşamışdır. Yəhudilərə görə Qabil ilə Habilin arasında yaranan problemə torpaq səbəb olmuşdur. Yəni onlara görə Qabil materialist anlayışdan çıxış etmişdir.

Qurani Kərimin Maidə surəsində (27-31-ə kimi olan ayətlər) bu olay ad çəkilmədən bu cür nəql edilmişdir: "Onlara Adəmin iki oğlu haqdakı xəbəri oxu. Onların hər biri qurban təqdim etmişdi, birininki qəbul, digərininki isə qəbul edilməmişdi. Qurbanı qəbul olunmayan qardaşına Səni öldürəcəyəm demişdi. O da qardaşına Allah yalnızca müttəqi olanların qurbanını qəbul edər. And olsun, sən məni öldürmək üçün əlini qaldırsan da, mən səni öldürə bilmərəm. Mən aləmlərin Rəbbindən qorxuram. Arzum budur ki, mənim günahımı da özününküylə birlikdə götürəsən və cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur dedi. Qabil nəfsinə uyub qardaşını öldürdü, beləliklə, ziyan çəkənlərdən oldu. O anda Tanrı bir qarğa yolladı və qarğa qardaşının meyidini nə cür basdıracağını yeri eşələyərək ona göstərdi. O da öz-özünə, əfsuslar olsun ki, mənə  bu qarğa qədər belə olmaqdan, qardaşımın meyidini torpağa tapşırmaqdan acizəmmi?- dedi. Axırda peşimançılıq çəkənlərdən oldu."

Deməli, insanlar arasındaki mübarizənin özülü qısqanclıq üstündə yüksəlmişdir. Canlı varlıqların qısqanclığı fərqlidir. İnsanın qısqanclığının özülündə həm bioloji, həm də sosioloji prinsiplər hakim olsa da, heyvanlar arasındaki qısqanclıq sahib olma arzusundan yaranmışdır və instinkt xarakterlidir.

Qısqanclıq hər bir insanın yaradılışında mövcuddur, ancaq onun ifrata çatdırılması ən öncə o duyğunu yaşayan insana ziyan vurar və daxilən onun axırına çıxar.

Əgər bir insan uğurlu, onun sevincinə, xoşbəxtliyinə səbəb olacaq şeylərə malik deyilsə və bu özgələrində vardırsa, istər-istəməz onda qısqanclıq duyğuları yaranır və bəzən bu duyğu insanları kin-küdurətə, zorbalığa, qəddarlığa, zalımlığa, Qabil örnəyində olduğu kimi, qatilliyə kimi aparıb çıxarır. Müqəddəs kitabımızda qısqanclıqla bağlı bir çox ayətlər vardır. Bəqərə 109, Nisa 54, Maidə 27,28, 29,30,31, Fələq 5 kimi surələrin ayətləri buna örnəkdir. Peyğəmbərimiz Hz. Məhəmməd "Həsəddən uzaq durun, çünki o atəş ağacı nə cür yandırıb məhv edirsə, qısqanclıq da bütün xeyir işlərin axırına o cür çıxar" - deyib.

Mərhum şairimiz İmadəddin Nəsiminin cahanı özünə sığdıran, ancaq cahana sığmayan söyləmi mərhum Məhəmməd İqbalda, "İnsana sığa bilən kainat, kainata sığa bilməyən isə insandır" şəklində öz əksini tapıb. Bu söyləmlər insanın digər varlıqlardan fərqli yaradılmasını büruzə verən idrakdan yaranmışdır.

Tanrı insanı yaratdıqdan sonra "Əhsən mənə ki, belə bir varlıq yaratdım" - deyə özünü öyübsə, deməli, insan Tanrının öydüyü bir varlıq kimi öz məsuliyyətini daşımalı, yaradılışının qayəsini dərk etməlidir.

Tarixin müəyyən zamanlarına üz tutduğumuz zaman qısqanclıqdan yaranan siyasətlərin millətimizə nə böyük zərbələr endirdiyinin şahidi oluruq. Hun dövlətində Huhanyəh böyük, Çiçi isə kiçik qardaşdı, ancaq Çiçi xaqan olmağa daha layiqli idi. Toplanan toyda qurultay Çiçini xaqan seçmiş, Huhanyəh isə qısqanclıq ucbatından bunu qəbul etməyərək öz tərəfdarlarını götürüb dünənə kimi düşmən bildikləri və tarix boyu vuruşduqları Çin ölkəsinə üz tutmuşdur. İllər uzunu orda yaşamış, gücünü günü-gündən möhkəmləndirmiş və bir gün çindən də hərbi qüvvə götürüb qardaşı Çiçinin üstünə yeriyərək onu məğlub etmiş, oğul uşaqlarıyla birlikdə qətlə yetirmiş və Hun dövlətinin axırına çıxaraq onu Çinin vassal dövlətinə çevirmişdir.

Deməli adi insanların qısqanclığı ilə tarixi şəxsiyyətlərin qısqanclığı arasında bir xalqın və bir şəxsin taleinin həlli məsələsi dayanır.

Dövləti idarə edənlərdə qısqanclıqdan törəyən "Məndən deyilsən!" anlayışının hakim olması qaranlığın başladığı astanadır. Bu astanadan sonrası isə fəlakətlərlə dolu bir yoldur. Ona görə dövləti idarə edənlər mənsubu olduqları partiya və ya ideologiyaya aidiyyətin əsiri olmayıb birinci növbədə xalqı, dövləti və vətəni düşünməyə məhkumdurlar.

İslam dünyasına baxdığımız zaman qısqanclığın bu dünyanı nə cür yazıq, çarəsiz, bədbəxt bir hala gətirdiyinin şahidi oluruq. Bugün islam dünyası vardır sözünü təəssüflər olsun ki, işlədə bilmərik, çünki belə bir dünyanın adı var ancaq özü yoxdur. İki yüz milyonluq ərəb dünyası səkkiz milyonluq İsrailin qarşısında zəlil olubdursa, onun səbəblərindən biri də qısqanclığın səbəb olduğu tayfaçılıq anlayışıdır.

Gəlin bir də Türk xalqlarına və dövlətlərinə nəzər salaq.…

Əziz oxucu! Dünyanın hansı xristian ölkəsində bir dövlətin qurucu atası Türkiyədə olduğu kimi, ziyalılar, siyasətçilər və ya hakimiyyətə yiyələnənlər tərəfindən təhqir edilir? Xristian ölkələrinin hansında dövlətin qurucu atasının adı tarixdən silinməyə çalışılıb, adına qadağalar qoyulub!? Bax, dövlətlərimizin qarşısındakı böyük problemlərimizdən biri də budur.

"Məndən deyilsənsə, unudulmağa məhkumsan!" anlayışı zülmətin başladığı yerdir.…

Bu qaranlıq yolda yeriyənlər bilmirlərmi mən 1500 il sonra Çiçi adlı babamı hörmətlə yad edib Huhanyəh adlı babamı lənətləyirəmsə, deməli, tarixi saxtalaşdırmaq və pozmaq qeyri-mümkündür... Bunun başa düşülməməsi diplomlu cəhalətin səbəb olduğu korluqdan özgə nədir bəs?!

 

 

Ankara, altaylı[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK