adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Sentyabr 2020 23:47
25969
İDMAN
A- A+

“Fənərbaxça”dan növbəti transfer – Rəsmi

“Fənərbaxça” heyətinə yeni futbolçu cəlb edib.

Adalet.az klubu saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi  “Antalyaspor”dan Nazim Sanqarinin ilə razılıq əldə edib. 26 yaşlı müdafiəçinin qısa zamanda tibbi müayinədən keçməsindən  sonra müqavilə imzalanacağı bildirilib.

“Fənərbaxça” bu keçidə görə “Antalyaspor”a 1 milyon 750 min avro ödəyəcək. Superliqa təmsilçisi hətta öz futbolçularından birini qarşı tərəfə verməlidir.

Qeyd edək ki, 2017-ci ildən “Antalyaspor”da onayan N.Sanqari bu komandanın heyətində 81 matça çıxaraq, 3 qol vurub və 5 qolun ötürməsini verib.