SON DƏQİQƏ:

Sahibə Qafarova TV24 telekanalına müsahibə verib

  17682   |  
Şriftin ölçüsü  

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TV24 televiziya kanalına müsahibə verib.

Parlamentdən Adalet.az-a verilən məlumata görə, müsahibədə Milli Məclisin Sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasında olmasının vacibliyindən danışıb.

S.Qafarova bildirib ki, Türkiyə bu gün dünyada sözünü birbaşa söyləyə bilən və sözü keçən bir neçə ölkədən biridir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yüksək səslə dilə gətirir.

Sədr qeyd edib ki, ATƏT-in Minsk Qrupu vasitəçilik missiyasını yerinə yetirə bilməyib. Təxminən 30 ilə yaxın bir müddət ərzində Azərbaycana çox ümidlər verilsə də Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib və Ermənistanın işğalçı ordusunu torpaqlarımızdan çəkməyiblər. İndi isə Azərbaycan Ordusu özü işğalçını öz torpaqlarımızdan çıxarır.

Spiker deyib ki, biz Türkiyəyə güvənirik. Bundan sonra formatın adı nə olursa, olsun – Minsk Qrupu da ola bilər, başqa ad da ola bilər, heç fərq etməz – amma cənab Prezident İlham Əliyevin də dediyi kimi Türkiyə mütləq masada olmalıdır.

Nicat Novruzoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK