SON DƏQİQƏ:

Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert

  14136   |  
Şriftin ölçüsü  

Ermənistan silahlı qüvvələrinin əlində olan raket kompleksi istismar müddətini çoxdan bitirib.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. O bildirib ki, düşmənin əlində olan "SCAD-B" raketləri 1961-1987-ci illər arasında istehsal olunub: "Nəzərə alsaq ki, bu raketlər Ermənistana ianə edilib, demək həmin raketlər 1961-62-ci il istehsallıdır. Adətən bu tip silahların istismar müddəti maksimum 20 il nəzərdə tutulur. Bu da onu deməyə əsas verir ki, həmin raketlərin istismar vaxtı çoxdan bitib. İstismar vaxtı keçən həmin "SCAD-B" raketləri ilə həm də dəqiq hədəf almaq olmur. Bu raket dəqiq hədəfdən 450 metr yayına bilir. Ona görə də bu silah dəqiq hədəf üçün yararlı deyil. Həmçinin, bu tip raketlərin mərmilərində də yayınmalar daha çox olur. Amma Ermənistan silahlı qüvvələri bu gün bu raketi Azərbaycanın dinc əhalisinə qarşı istifadə etdiyi üçün biz bu silahı ciddi saymalıyıq".

Hərbi ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü terorçu-faşist siyasətinə də münasibət bildirib: "Mən Paşinyanı təkcə faşist Adolf Hitlerlə müqayisə etmək istəməzdim. Onu hərbi cinayət törədən istənilən liderlə müqayisə etmək mümkündür. Paşinyan, həmçinin Hitlerdən də ağır cinayətkar kimi qiymətləndirilməlidir. Ermənilər dünyanın istənilən ölkəsində yerləşdirildikdən sonra orada etnik təmizləmə aparmağa başlayıb. Onlar Dağlıq Qarabağda da etnik təmizləmə əməliyyatları apardılar. Ermənistanda yaşayan 1 milyona yaxın vətəndaşımızı oradan çıxardılar. Onlar eyni əməlləri Gürcüstanın Cavaxetiya bölgəsində də həyata keçirdilər".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-04
2020-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK