adalet.az header logo
  • Bakı 16°C
30 Oktyabr 2020 14:20
37491
GÜNDƏM
A- A+

Milli Qəhrəmanın oğlu: İgid oğulların qanını yerdə qoymuruq

Qubadlını işğaldan azad edən və şəhərə ilk girən hərbçilər arasında Milli Qəhrəman Əliyar Əliyevin oğlu hərbçi Emin Əliyev də var. E.Əliyevin bu barədə təəssüratları: 

“Biz bu gün həm də ona görə qürurluyuq ki, atam Əliyar Əliyev kimi birinci Qarabağ döyüşlərində şəhid olan igid oğulların qanını yerdə qoymuruq. 

Bizə döyüşmək üçün ruh yüksəkliyi verən bilirsiz nədir? 

O torpaqlarda haqqı olan insanların haqqını geri qaytarmağa çalışmağımız. 

Qarabağın hər qarış torpağını geri qaytarandan sonra atam kimi yüzlərlə igid oğulların haqqını vermiş olacağıq. Bu torpaq o zaman bizə halal olacaq”.