SON DƏQİQƏ:

ŞƏHİD VƏ ŞAHİD ŞƏHƏR – AĞDAM

  131503   |  
Şriftin ölçüsü  

“Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.”

Xudu Məmmədov

20 noyabr 2020-ci il...  Ağdamın işğalıdan azad olunduğu gün...

Gözün aydın Ağdam! Gözün aydın Azərbaycan! Bu gün müqaviləyə görə Ağdamın işğaldan azad olan, torpaqlarına qovuşacağı gündür. Yağı düşmən torpaqlarımızdan sürünərək çıxır. Halbuki, azərbaycanlılara bir neçə saat vaxt verilmişdi öz doğma tarixi yurdlarından çıxmaq üçün. Öncə Ermənistandan daha sonra isə Qarabağdan insafsızca qovulan azərbaycanlılara qucaq açan və onların acılarına şahidlik edən şəhərdir Ağdam. Ən çox şəhid verən və erməni terroru ilə son ana qədər vuruşan, yarımçıq talelərin faciələrinə şahid şəhərdir. Tanrı rəva bilmədi bu şəhərdə yenidən qan tökülsün. Bu torpaqlarda altı minə yaxın şəhid yatır. Hələ qurumayıb bu şəhərin qanı. Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuş Xan qızı Xurşidbanu Natəvanın dağılmış qəbrinin acı naləsi layla dedi, mərsiyə oxudu şəhidlərimizə:

 Söylə onun anasına başını qarə bağlasın,

İki baladən ayrılıb, kövni-məkanı dağlasın.

 Əbəs  yerə 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı "ruhlar şəhəri" siyahısına salmamışdır. Ceyhun Mirzəyevin “Fəryadı” hələ də Abdal-Gülablıdadır. Düşmən özü belə bura ayaq basa bilmədi. Bu gün isə viran qoyduqları şəhərin ahı tutdu onları. Dünyada nadir yerli mədəniyyət abidəsi sayılan Ağdam Çörək muzeyinin 120 mm-lik top mərmisi ilə dağıdılmış bərəkəti tutdu ermənilərin gözünü. Təsadüfi deyil ki, 2008-ci ildə Lonely Planetjurnalı Ağdamı "Qafqaz Hiroşiması" adlandırıb.

Və nəhayət torpağa qanları qarışan şəhidlərimizin ahı və dağılmış abidələrinin duaları eşidildi. Uğrunda vuruşaraq şəhid olanların qanı payızın qələbədən sonra yağan sevinc gözyaşlarına qarışdı bu gün.

Ağdam Muğam Mərkəzinin açılışında Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışında: “Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır” söyləmişdi. Bəli, biz həmin zamanın içindəyik. O günlər xəyal deyil, gerçəkdir və çox yaxındadır.

27 il öncə 1993-ci il 23 iyul tarixində işğal olunmuşdu Ağdam. Bu sirli şəhərin tarixində “ iki” rəqəminin qəribə kodları mövcuddur. Ağdamın poçt indeksi “02”, avtomobil nömrəsi “02”, hətta qəbul olunmuş bəyanatın ikinci bəndində yer alınması, Ağdamın işğaldan azad olunmasının – 20 noyabr, 2020-ci il tarixinə təsadüf etməsi və bu rəqəmlərin hər birində ikinin olması yəqin  ki, ilahi təsadüfdür.

Vaxtılə Xəlil Rza “bu erməniləri qovmaq lazımdı Bakıdan, gözümə görsənməsin” dedikdə Xudu Məmmədov “biri qalsın onlar bizə türk deyəndə ürəyimə yağ kimi yayılır” demişdi. Ağdamın simvoluna çevrilən Xudu Məmmədovun fikri ideyası ilə tikilən 1986-cı ilin iyul ayının 26-da istifadəyə verilmiş çay evi də erməni işğalı zamanı dağıdılmış, yerlə yeksan edilmişdir (Ağdamın Quzanlı qəsəbəsində yenidən inşa olunub).  Onun ən müqəddəs arzusuna gəldikdə isə: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu aparmağa”. Bu hikmətli zarafatda dünyaya mesaj – Türk dünyasının birliyi vardır! Bəli, bu gün məhz həmin gündür. Türk əsgəri Qarabağdadır, sulhü qorumaq üçün!

Vətən həsrəti ilə qəlbini intihar edən, şeirləri ilə Qarabağın könlünü almağa çalışan mərhum şair Şahmar Ələkbərzadənin ruhu isə bu payız şaddır,
“Vətəni vətənə birləşdirildi” !

Bu payız küsəcək məndən Qarabağ,

Yollarda qalacaq gözü yolların,

Payım budaqlardan özün asacaq,

Bağrı çatlayacaq gülöyşə narın.

 

 

 Fidan  Abdurəhmanova

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Dəhlizdə Vəli Xramçaylı ilə qarşılaşan Hidayət Elvüsal:

- Qağa niyə belə pəjmürdəsən?

Vəli:

- Hidayıət məllim, axşam "Napalyon" konyakını "Kutuzov" konyakı ilə zakuska elədim, səhər duranda başa düşdüm ki, 1812-ci il müharibəsi nətər ağrılı gedif.

ARXİV

TƏQVİM

FACEBOOK