SON DƏQİQƏ:

Nazirlik ağac əkmək istəyən vətəndaşlara müraciət etdi

  81576   |  
Şriftin ölçüsü  

“Bu payız ağacəkmə mövsümündə də daha çox ağac əkilməsinin təşviqi məqsədilə tinglik sahələrimizdə yetişdirdiyimiz ağac tinglərini, xüsusən Bakıda və Abşeron yarımadasında əkilməsi üçün əhaliyə əvəzsiz olaraq paylamağı planlaşdırırıq”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz “Facebook” səhifəsində paylaşım edib.

O qeyd edib ki, nazirlik vətəndaşlardan bu kampaniyanın necə təşkil olunması ilə bağlı təkliflər gözləyir:

“Pandemiyadan irəli gələn karantin şərtlərinə əməl etmək zərurəti yarandığından, ağac tinglərinin əhaliyə hansı formada paylanmasının təşkili barədə düşünürük.

Xatırlayırsınızsa, ötən illərdə ağac tinglərinin paylanması aksiyalarını təşkil edirdik. Sevindiricidir ki, hər kəs ağac əkmək istədiyindən təbii olaraq kütləvilik yaranırdı.

Hesab edirəm ki, indiki şərtlərdə bu cür aksiyaların keçirilməsi uyğun deyil. Siz karantin şərtlərinə əməl etməklə əhaliyə ağac paylanılmasını necə görürsünüz?”, - deyə İ.İbrahimova öz “Facebook” izləyicilərinə müraciət edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-17
2021-06-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 15, 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK