SON DƏQİQƏ:

İsrailli nazir Dövlət Komitəsinin sədrinə məktub ünvanlayıb

  8991   |  
Şriftin ölçüsü  

İsrail Dövlətinin Diaspor Məsələləri naziri Omer Yankeleviç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məktub ünvanlayıb.

Komitədən Adalet.az-a bildirilib ki, məktubda Azərbaycan Respublikası ilə İsrail dövlətinin vacib tərəfdaş olduğu, Azərbaycandakı yəhudi icmasının, eləcə də İsrailin azərbaycanlı icmasının iki ölkə arasında əlaqələrin möhkəmlənməsində əvəzsiz rol oynadığı qeyd olunub.

Nazir Omer Yankeleviç dövlətlərarası münasibətlərin və icmalararası əlaqələrin inkişafının yüksək səviyyəsinin gələcəkdə də qorunub saxlanılması məqsədilə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazir, həmçinin Komitə sədri ilə baş tutan virtual görüşün mühüm əhəmiyyət daşıdığını, icmalararası münasibətlərin möhkəmlənməsində əvəzsiz rol oynadığını vurğulayaraq görüşün baş tutmasına görə Komitə sədri F.Muradova təşəkkür edib.

İsrailli nazir yaxın gələcəkdə Azərbaycana səfər etmək istədiyini də bildirib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-29
2020-11-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 28, 26, 24, 21, 19, 17, 14, 12, 11, 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK