SON DƏQİQƏ:

Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq

  26050   |  
Şriftin ölçüsü  

Qardaş Azərbaycan Qarabağı qətiyyətli bir hərbi zəfərlə geri alandan sonra Türkiyə ilə Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa dəmir və avtomobil yolları ilə əlaqə qurulması üçün şanslar yaranıb. Cümhuriyyətimizin banisi qazi Mustafa Kamal Atatürkün Naxçıvanla sərhəd yaradılmasına verdiyi önəm və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi səylər illər sonra öz səmərəsini verib.

Adalet.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Təkirdağ-Hayrabolu avtomagistralının Kandamış hissəsinin açılış mərasimindəki çıxışında deyib.

Azərbaycanın öz torpaqlarına qovuşmasının, eləcə də Türkiyənin yol-infrastrukturuna böyük məbləğdə sərmayə yatırmasının əhəmiyyətindən danışan parlamentin sədri Mustafa Şentop bildirib: “Ölkə olaraq qovuşmaq anlayışının sevincini yaşayırıq. Tarixi İpək Yolunu birlikdə canlandıracağıq. Orta Asiyada yaşayan qardaşlarımızla da iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimiz genişlənəcək. Ölkəmizdə həyata keçirdiyimiz infrastruktur sərmayələrini və bu sahədəki təcrübəmizi Orta Asiyaya da daşıyacağıq.”

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
January: 26 23, 22, 19, 16, 14, 12, 09, 07,
December: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK