SON DƏQİQƏ:

“3 televiziya kanalını bağlayardım” - “SƏMİMİ, QEYRİ-SƏMİMİ” - VİDEO

  43550   |  
Şriftin ölçüsü  

Adalet.az-ın “SƏMİMİ, QEYRİ-SƏMİMİ” rubrikasının bu dəfəki qonağı Murad Arifdir. Rubrikamız birinci dəfə oxuculara təqdim olunduğu üçün qısaca məlumat verək. Belə ki, hər dəfə bir məşhur “instagram” hesabı üzərindən izləyicilərinin suallarını cavablayacaq. Elə Murad Arif kimi. Suallara cavabın nə dərəcədə səmimi, ya qeyri-səmimi olduğuna isə özünüz qiymət verəcəksiniz. Biz sadəcə təqdim edirik. Necə deyərlər, reallığı göstəririk ha...

-SMS icazə ilə portaldan icazənin fərqi nədir?

-Mənim öz icazəm var. Detalları öyrənməmişəm. Evdəkilər sms ilə çıxır.

-Yeni ili qeyd edəcəksiniz?

-Evimizdə balaca uşaqlar var. Körpələr bayramı yaşamalıdırlar. Bu bayram böyüklər üçün deyil ki, onsuz. Bizim üçün adi təqvim dəyişikliyidir. Amma uşaqlar üçün nağıllara inanmaq vacibdir.

-Azərbaycanda bəyəndiyiniz 3 reper...

-Məndə, ümumiyyətlə, davamlı olaraq kimisə bəyənmək olmur. Mövsümi bir şeydir. Yəni 1 həftə birini dinləyirəm, növbəti həftə digərini.

-Mən sizi deist görürəm, düz fikirləşirəm, yoxsa yox?

-Mən “ist”lərə və yaxud “izm”lərə ehtiyatla yanaşıram. İnsan özünü hər gün kəşf edir. Hər gün reallıq ona yeni tərədən görsənir. Ona görə də özümü nəyəsə aid edə bilmirəm.

-Kamera qarşısındakı Murad Arif ilə kamera arxasındakı nə ilə fərqlənir?

-Nə ilə fərqləndiyimi tapa bilmirəm. Mənim üçün kameranın “on”, yaxud “off” rejimində heç nə dəyişmir. İşdən dolayısı ilə kefin olmayanda kamera qarşısında özünü şən göstərə bilərsən.

-Bacınız Könül Arifqızı ilə veriliş aparın...

-Bilirəm ki, bu nə zamansa olacaq. Hazırda hər ikimizin ayrı-ayrılıqda öz sözünü demiş layihəsi var. “Bir mahnının tarixçəsi”ndə o möhtəşəmdir. Ümidvaram ki, “Popumuz var”da da mən möhtəşəməm.

-Deyəsən, əsəbisiniz...

-Qətiyyən.

-Şou-biznes, ya Azərbaycan repi?

-Yalnız Azərbaycanda repi şou-biznesdən ayıra bilərlər. Repi də, rocku da, sənətin hər bir qolu da şoudur.

-Okaberi yenidən qonaq dəvət etməyəcəksiniz? Belə eşitmişəm ki, qonağınız olacaq...

-Mənim xəbərim yoxdur.

-Yeni ili necə qeyd edəcəksiniz?

-Neçə illər otellerdə, restoranlarda, səhnələrdə olurdum. Bu il isə evdə ailəmlə, uşaqlarla birlikdə keçirəcəm.

-Təxminən 11 il musiqili veriliş apardınız. Təkrar olsa, sevinərik...

-Düz 10 il musiqili proqram apardım Lider kanalında. Sənətçilər, sənətkarlar, bütün musiqi janrlarının ifaçıları proqramda olurdu. Yenə də belə bir şey etmək olar. Bunun üçün ilk növbədə qonarar məsələsi var. Görək, kanallarımız nə düşünür?

­-Sizcə toylar olacaq?

-Deyirlər ki, toy olacaq (ifa edir). Əlbəttə ki, olacaq.

-Hər hansı filmlərə dəvət almısınız?

-Ölkədə bir çox filmlərə və seriallara dəvət almışam. Lakin bütün dəvətlərdən imtina etmişəm. Mən aktyor deyiləm. Düşünürəm ki, aktyorluğu bacarmaram. Aktyorluq böyük bir sənətdir.

-Sizə medal verəcəklər?

-Deyir, yaxan qəribsəyib, medal istəyir (gülür).

-İslam dini qəbul etmisiniz, yoxsa heç bir dini qəbul etmirsiniz?

-Mən Oruc da tuturam. Sadəcə tərəddüdlü insanam. Sorğu-sual var həmişə beynimdə və mənə elə gəlir ki, bu normaldır.

-Sizcə, televiziyalarımızda köklü təmizləmənin vaxtı gəlib?

-Bu məsələdə hərənin öz baxışı var. Mən real şəkildə desəm, 3 televiziya kanalını bağlayardım. Düzdür, işçilərin işsiz qalma ehtimalı var, amma gərəksiz TV kanallarımız var.

-Sevdiyiniz teleaparıcı...

-Azərbaycandamı? Var, yaxşı aparıcılarımız çoxdur. Bir verilişin aparıcısı Murad Dadaşovdursa, heç vaxt o kanalı çevirmərəm. Mənə maraqlı gəlir Murad Dadaşoun apardığı verilişlər. Yaxşı aparıcılarımız var ki, bunlar da Hüsniyyə, Leyla, Nərgiz xanım, mənim bacım Könül və digərləridir.

-Siz pula xidmət edirsiniz, ya pul sizə?

-İnsan xoşbəxt olmağa çalışır. Həyatın mənası insanı xoşbəxt edən şeyləri axtarmaqdadır. Məni pul xoşbəxt etmir. Məni pulun bəxş etdiyi iqtisadi azadlıq xoşbəxt edir.

-Dieta saxlamırsınız?

-Karantində çox çətindir. Haradasa 10 kiloya yaxın çəki almışam. Arıqlamaq cəhdlərim uğurla nəticələnmir.

-İşğaldan azad edilən ata-baba yurdunuza qayıdacaqsınız?

-Birinci ondan başlayaq ki, mən Sumqayıt şəhərində doğulub böyümüşəm. Gözümü açandan şəhər abu-havasında tərbiyələnmişəm. İşim də şəhərlə bağlıdır. Qarabağda bir televiziya açılsa, niyə də yox?!

-İngilis dilini necə öyrənmisiniz?

-Hesab edirəm ki, dilin səviyyələri var. Dilin səviyyələrini qalxdıqca ev şəraitində ona uyğun filmlər, seriallara baxmaq, mahnılar dinləmək və dialoq qurmaq lazımdır.

-Dinlərə inanırsınız?

­-Bəli. Yaradanın sözünü kimlərsə çatdırmalı idi.

-Yaradana inanırsınız?

-Hər bir hüceyrəmlə Yaradana inanıram. Və bu inamımı möhkəmlədən məsələ elə yaradılışdır. Bir balaca qarışqaya, bir yarpağa, elə öz əllərinə baxırsan və deyirsən ki, bunu yalnız və yalnız Allah yarada bilər.

-“Popumuz var” bitibmi?

-“Popumuz var” bir neçə aylıq fasilə edir. Yeni layihə başlamaq haqqında şəxsən düşünmürəm.

-Yeni mahnı varmı?

-Var, mahnı çoxdur. Amma adam bilmir ki, hansı mahnılardan istəyirsiniz?! Hansı mahnı, hansı janr, hansı temp tutar?! Bəzən bunları düşünürəm.

-“Şəkillər” mahnısına nə yaxşı klip çəkdirməmisiniz?

-Videosu var. “Youtube” yazın, çıxacaq. Mən ona klip demirəm, “Elektra Hall” konsertimdən dinamik görüntülərdən ibarət bir video hazırlamışıq. Bu cür təcrübə dünyada da var.

-Sevdiyim şəxsə çıxma təklifi necə edə bilərəm?

-Çıxma təklifi? Çıxıb gəzib-dolaşmaqdan gedir söhbət? Sizin ən yaxşı halda 3 saat vaxtınız var. Necə təklif etməyə qalanda telefonu götür, nömrəsini yığ.

-Sevgi etirafı etmək üçün nə edim?

-Fikrinizi toplayın, səmimi olun, bacarırsınızsa, üz-üzə danışın, bacarmırsınızsa, mesaj göndərin.

-“Kool and Gang”, yoxsa “Earth, Wind and Fire”?

-Əlbəttə ki, “Earth, Wind and Fire”. “Earth, Wind and Fire”nin musiqi irsi zəngindir, albomlar daha çoxdur.

-Qəzəl dinləmək, yoxsa qəzəl söyləmək?

-Belə, heç birinin həvəskarı deyiləm. Maraqlı misraları hansısa mahnıda və ya qiraətdə dinləyərəm, amma dediyim kimi qəzəl vurğunu deyiləm.

-Bir musiqi ifa edə bilərsiniz?

-Oh, the weather outside is frightful,
But the fire is so delightful.
Since we've no place to go,
Let it snow, let it snow, let it snow (oxuyur).

Rövşən Tahir

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 15, 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK