SON DƏQİQƏ:

AMEA rəsmisi: “Bir neçə institut xaricində heç bir əməli iş aparılmayıb”

  12016   |  
Şriftin ölçüsü  

“Ötən illər ərzində dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib”.

Bu barədə AMEA-nın akademik-katibi, akademik Adil Qəribov bildirib.

“Rusiya Elmlər Akademiyasına (REA) dövlət büdcəsindən 1,5 faiz həcmində maliyyə ayrılır və bunun əvəzində rusiyalı alimlər ölkə ÜDM-nin 1 faizi həcmində büdcəyə geri ödəniş edirlər. Hazırda REA rəhbərliyi geri ödənişlərin həcminin artırılması istiqamətində daha çox səy göstərilməsinin tərəfdarıdır.

Belarus Elmlər Akademiyasının 60 faizi özü tərəfindən, 40 faizi isə dövlət büdcəsindən maliyyələşir. Özbəkistan Elmlər Akademiyasında isə bu göstərici yarı-yarıyadır”, - deyə akademik Adil Qəribov bildirib.

Azərbaycanda elmə ayrılan vəsaitin 81-82 faizinin əməkhaqlarının ödənişinə sərf olunduğunu deyən akademik qalan vəsaitin isə müəssisələrin gündəlik tələbatlarına xərcləndiyini deyib.

“Son illərin təhlili göstərir ki, bir neçə institut xaricində heç bir əməli iş aparılmayıb. AMEA-da yeni, gənc kadrların yetişdirilməsinə ehtiyac var. İnstitutlarda gənclərin sayı 10-20 faizdən çox deyil. Akademiyada fundamental sahə yetəri qədər inkişaf etməyib”.

Alim elmin inkişafının və aparılan tədqiqatların Azərbaycanın ümdə ehtiyacları ilə uyğunlaşdırılmasının, idarəetmənin optimallaşdırılmasının, elmlə təhsilin inteqrasiyasının vacibliyinə toxunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-01
2021-02-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK