adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Yanvar 2021 12:40
16808
DÜNYA
A- A+

Ermənistanda müxalifət parlament qarşısında etiraz aksiyası keçirir

Yerevanda Ermənistan parlamentinin qarşısında müxalifət nümayəndələri etiraz aksiya keçirir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müxalifətçilər Ermənistanın Ali Məhkəmə Şurasında nəzərdə tutulan təyinatlara qarşı etiraz edir.

Qeyd olunur ki, hakim "Mənim addımım" partiyası Şuraya iki nəfərin namizədliyini təqdim edib. Bununla əlaqədar parlamentin növbədənkənar iclası çağırılıb.

Müxalifət baş nazir Nikol Paşinyanın namizədlərin seçilməsinə qarşı çıxacağını bildirib. Parlament qarşısında 100-dək etirazçının toplandığı deyilir.