SON DƏQİQƏ:

Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev

  18153   |  
Şriftin ölçüsü  

Məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdır.

Adalet.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Yüksəliş” müsabiqəsinin təşkil etdiyi vebinarda çıxışı zamanı deyib.

Prezidentin köməkçisi 2020-ci ilin Azərbaycan xalqının həyatında və tarixində müstəsna dövr olduğunu vurğulayıb. H.Hacıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə xalqımız Vətən savaşında tarixi zəfərini əldə etdi.

Hikmət Hacıyev kommunikasiya strategiyasının dövlət orqanları qarşısında ən vacib fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. O, həmçinin bildirib ki, vətəndaşlarla canlı ünsiyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, ictimaiyyətə məlumatların düzgün və operativ ötürülməsi dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdəndir. Prezidentin köməkçisi vurğulayıb ki, məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdır. Onlar əmək fəaliyyətində zəhmətkeşlik, səmərəli çalışmaq və qarşıya qoyulan hədəflərin düzgün seçilməsi keyfiyyətlərini özündə daşımalıdır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 27, 25, 23, 20, 18, 16, 13, 11, 09, 06,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK