SON DƏQİQƏ:

Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib

  15293   |  
Şriftin ölçüsü  

Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi, onların beynəlxalq təcrübəni öyrənmələri və əldə etdikləri biliyi təcrübədə tətbiq etmələri istiqamətində işlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur.

Həyata keçirilən bu tədbirlərin davamı kimi, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təşkil edilmiş “Media və kommunikasiya siyasəti medianın gözü ilə” seminarında iştirak ediblər.

Seminarda “Media əlaqələri və kommunikasiya strategiyaları”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması”, “Media gündəminin formalaşdırılması”, “Gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaşdırılması”, “Ənənəvi və sosial media ilə iş” mövzularında mühazirələr tədbir iştirakçılarına tədris edilib, bundan əlavə onları maraqlandıran suallar cavablandırılıb.

Seminarın sonunda iştirakçıların ADA Universitetinin tədris mərkəzinə turu təşkil edilib.

Sonda xatirə fotoşəkli çəkdirilib.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-09
2021-03-08

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK