adalet.az header logo
  • Bakı 18°C
29 Yanvar 2021 13:04
31367
ELM VƏ TƏHSİL
A- A+

İmtahanlara gələn şəxslərdən vaksinasiya tələb olunacaq?

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı sənədin tələb olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.

Adalet.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasadə deyib ki, ötən il namizədlərdən yalnız koronavirusa yoluxma ilə bağlı bəyannamə tələb olunmuşdu:

"Bu il də eyni qayda olacaq. Hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, o, xəstə deyil və xəstə şəxslə təmasda olmayıb. Ötən il olduğu kimi bu il də hərarəti olanlar imtahana buraxılmayacaq".