SON DƏQİQƏ:

Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir

  29111   |  
Şriftin ölçüsü  

Bakı Ali Neft Məktəbinə (BANM) cari tədris ilində qəbul olmuş I kurs tələbələri üçün Orientasiya proqramının keçirilməsinə başlanılıb. Bu münasibətlə, İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri üçün keçirilən görüşdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin müxtəlif şöbələrinin məsul əməkdaşları və yeni qəbul olmuş tələbələr, eləcə də onların valideynləri iştirak ediblər.

Təlimin açılışında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu il Ali Məktəbə daxil olmuş Hazırlıq ilinin (“Foundation”) tələbələrinə Ali Məktəbin uğurları, göstəriciləri və məzunları, eyni zamanda təlim-tədris prosesi haqqında ətraflı məlumat verib.

SOCAR və BANM-in tarixi, inkişaf yolu, infrastrukturu haqqında geniş təqdimatdan sonra BANM haqqında videoçarx nümayiş olunub.

Görüş zamanı “Foundation” ilinin tədris proqramı üzrə İngilis dili, informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühəndislikdə tətbiqi və tədris prosesinin təşkili, tələbələrin riayət etməli olduqları daxili intizam qaydaları, imtahan qaydaları, ERASMUS+ proqramı və s. barədə də təqdimatlar keçirilib.

Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasının məzunu, hazırda “Halliburton” şirkətində quyunun tamamlanması üzrə mühəndis kimi çalışan Ülkər Almuradova, Neft-qaz mühəndisliyi ixtisasının məzunu, “Shlumberger” şirkətinin sahə mühəndisi Münəvvər Salmanova tələbəlik illərindəki xatirələrini və uğur hekayələrini bölüşüblər.

BANM-in Tələbə Gənclər Təşkilatının sədri Lalə İsmayılzadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nəriman Tağızadə, Neft Mühəndisləri Cəmiyyətinin BANM üzrə bölmə rəhbəri Rəşad Əhmədov, Kəşfiyyat Geofizikləri Cəmiyyətinin (SEG) rəhbəri Ramil Əmirli təmsil etdikləri tələbə təşkilatları və klublar haqqında təqdimatla çıxış ediblər.

Tədbirdə Elmar Qasımov tələbə biletlərini də təqdim edib.

Bundan başqa, görüşün sonunda hər tələbəyə “Tələbələr üçün əl kitabı” paylanılıb.

Tələbələr və valideynlər üçün BANM-in Bibiheybətdə yerləşən əsas tədris korpusuna tanışlıq turu təşkil edilib. Tur çərçivəsində tədris auditoriyaları, laboratoriyalar, Kitab evi, Neft Muzeyi, İdman kompleksi və Tələbə evi ilə tanışlıq olub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK