adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
19 Fevral 2021 14:06
46275
SİYASƏT
A- A+

Əli Əsədov Ankarada Türk Dünyası Meteoroloji Forumunda iştirak edib

Fevralın 19-da Ankarada Türk Dünyası Meteoroloji Forumu keçirilib.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Forumda iştirak ediblər.

Türkiyənin Meteorologiya Baş İdarəsinin yaradılmasının 84-cü ildönümünə həsr olunan Forumda türkdilli ölkələrin meteorologiya qurumlarının beynəlxalq platformalarda birgə fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmir, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Şimali Kipr Türk Respublikasının müvafiq qurumlarının rəsmilərinın çıxışları dinlənilib.

Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çıxış edib.

Forumda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti oxunub.

Daha sonra Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay çıxış edib.

Forumun yekununda Türk Dünyasında Meteoroloji Birliyinin yaradılması barədə qərar qəbul olunub.