SON DƏQİQƏ:

QƏRBİN İYRƏNC SİMASI - SEYFƏDDİN ALTAYLI yazır

  50795   |  
Şriftin ölçüsü  

"Görüləsi yeganə iş Atatürkün həm din, həm də Kürd düşməni olduğu fikrini yaymaqdır"

Kurt Ziemke

 

İnsan bəzən danışığa və ya sözə hardan başlamalı olduğu haqda çətinlik çəkir.

Qərbin imperialistləri sənaye inqilabından sonra əldə etdikləri texnoloji vasitələr və müasir silahlarla dünyada müstəmləkəçilik yarışına girdilər. ən qabaqda gedən də İngiltərə idi. Ona Fransa, Almaniya Belçika, Hollandiya, Portuqaliya, İspaniya və İtaliya da qoşulmuşdu. Afrikanı, Asiyanı müstəmləkəçilik meydançasına çevirmişdilər. XVII əsrin əvvəllərində isə ABŞ xüsusilə milyonlarla afrikalını tutub gəmilərə dolduraraq aparıb kölələşdirmişdi. Amerikada köləlik 400 il davam etmiş, ancaq 1865-ci ildə aradan götürülmüşdür.

Qərbin ağ dərili insanları tarix boyu zəncilərə və hindu deyilən qızıldərililərə insan gözüylə baxmamışdır, bugün də baxmır. Amerikalıların əksəriyyəti indinin özündə də zəncilər və hindular haqqında eyni düşüncəni və duyğunu daşıyır. Müəyyən zamanlarda ABŞ-da zəncilərə qarşı polislərin nümayiş etdirdiyi rəftar hamıya məlumdur.

Avropanın burnuyekə, özündən razı xalqları, xüsusən də ingilis, fransız və almanlar özgə xalqlara yalnızca sui-istifadə ediləcək varlıq gözüylə baxmışdır, indi də baxır, çünki bunların milli xislətləri şovinizmlə yoğrulmuşdur.

Qərb ölkələri yalnızca öz milli maraqlarını fikirləşir və insan hüquqlarına da yalnızca öz milli mənafelərinin güzgüsündən baxırlar. əgər iş onların milli maraqlarını təmin etmirsə, o saat onu insan hüquqlarına zidd kimi qələmə verirlər. Ruslar və çinlilər onlardan qalandırmı, əsla.

Deyilir ki, Almanlar tarixin ən böyük cinayətini, soyqırımını yaratmışdır. Bu fikirdə xilaf yoxdur, çünki tarixi faktlar göz önündədir, ancaq almanların soyqırımçı kimi tanıdılmasının altında yatan özgə düşüncələr vardır. Misal olaraq, Fransa əlcəzairin Sətif və Guəlma bölgələrində yalnızca 1945-ci ildə 45 min əlcəzairlini vəhşicəsinə qətlə yetirmiş və bu soyqırım 1968-ci ilə kimi davam etmişdir. ABŞ-da isə 70 milyon qızıldərili vəhşicəsinə həlak edilmişdir. İngiltərə yalnızca Hindistanda 29 milyon hindlini qətlə yetirmişdir, işgal etdikləri digər yerlərdə də həyata keçirdikləri soyğun siyasətinə qarşı çıxan hər kim olmuşsa, kirpik belə döymədən vəhşicəsinə məhv etmişlər. Almaniyanın soyqırımçı kimi tanınması isə almanların ingilis, fransız və amerikan müstəmləkəçiliyindən özlərinin də pay almalarını istəmələri və onların dediklərinə əməl etməyərək, özlərinin soyğunçu siyasətini həyata keçirmələri səbəbiylədir. Yəni almanlar digər imperialistləri üstələmək fikrinə düşdüyünə görə, ABŞ-ın rəhbərliyində birləşən ölkələr almanları məğlub etmiş və alınlarına "soyqırımçı" ləkəsini yapışdırmışdır. Rusların türk yurdlarında çarlıq və Sovet dövründə həyata keçirdiyi kütləvi sürgün və qırğın siyasətinə hansı ad qoyula bilərə Çinin uyğur türklərinə etdiklərinə bəsə

Altı il qabaq Parisdə Charliə Hebdoya basqın verilib. On bir fransız vətəndaşı qətlə yetirilincə, Avropa ölkələri də daxil dünyanın müxtəlif dövlətlərinin xadimləri bir araya gəlib əl-ələ verib terroru lənətlədilər. Türkiyədən də xarici işlər naziri əhməd Davudoğlu iştirak etdi. əlbəttə yaxşı elədilər, çünki terror insanlığın qatilidir. Bəs Türkiyədə 1970-ci illərdən bəri məsum insanları qətlə yetirən PKK terror təşkilatını terrorist olaraq qəbul etdikləri halda, Fransa, Almaniya, Belçika, Rusiya, Hollandiya, niyə dəstəkləyir, onlara hər cürə yardımı edir, büro açmalarına imkan yaradırə Nəyə görə Amerikada prezidentliyə namizəd olmuş, dövlət katibi olmuş Hillari Klinton PKK-lı terroristlərlə bağlı serial filmlər çəkdirirə Nəyə görə ABŞ PKK/PYD/YPG terror təşkilatına milyard dollarlıq silah-sursat verirə

İmperialistlər mənə görə türk millətinə düşməndir, çünki türklər tarix boyu məzlumların hamisi olmuşdur. Osmanlının hakim olduğu torpaqlardan onun ayağı çəkilənə kimi, haqq-ədalət hökm sürmüş, ancaq oralardan çıxan kimi həmin bölgələr qan dəryasına dönmüşdür.

Qərbin quduz kaftarları Türkiyəni də İranı da dağıtmaq istəyir, ancaq artıq öz ordularını işə salmaq istəmirlər, çünki öz övladlarını itirmək istəmirlər. Bu səbəblə kürd gənclərini beyin yuma metodu ilə aldadıb maşa kimi istifadə edərək cəbhəyə sürüb onları qırdırırlar. Otuz ildən artıq vaxtdır ki, diplomlu olsun və ya olmasın cahil kürdlər hələ də oyanmayıb. Macarların maraqlı bir atalar sözü vardır: "Sərxoşlar tez ya gec ayılar, ancaq cahillər əsla..!"

Charlie Hebdo hadisəsində həlak edilən 11 fransız vətəndaşı üçün ayağa duran Avropa və qərb dünyası nəyə görə PKK-lı terrorçular tərəfindən tutulub, beş ildən artıq saxlanan və vəhşicəsinə başından güllələnərək şəhid edilən 13 Türkiyə vətəndaşı üçün eyni həssasiyyəti göstərmirə

Alman ədib Goezə düz deyib, "insan pulun saxtasını yaradar, pul da insanın". ABŞ, rus və avropalılar pula o qədər hərisləyiblər ki, pul onları saxta insanlara döndərib.

Qərbin Türkiyəyə və türklərə baxışını mənə görə ən gözəl təsvir edən Winston Churcilldir. O vəsiyyət edib ki, "Türkiyə solarsa, su tökün, böyüyərsə budayın". Qərbin imperialistlərinin quduz kaftarlara dönməsinin səbəbi deməli, Türkiyənin biraz dirçəlməsi imiş…

Çanaqqaladan dərs götürməyən qərb deyəsən ikinci bir dərs daha almaq istəyir...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-07
2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK