adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Fevral 2021 14:21
113091
ƏDƏBİYYAT
A- A+

Ramiz Bahaduroğlu: Qayıtmışıq

Əziz Şuşa sən azadsan.
Əziz Şuşa biz qayıtmışıq.
Əziz Şuşa biz səni dirçəldəcəyik.
                                                       
Azərbaycan Respublikasının  Prezidenti

İlham Əliyev
 
Bu haqqın davası,haqqın savaşı,
Mayak tək parlayır Murovun  başı,
Qartallar qıy vuran sıldırım daşı,
Hər qarış  torpaqı Vətən sanmışıq,
Dağlar, gözün aydın biz qayıtmışıq.
 
Düşmənə əsir oldun-ötdü illər, fəsillər,
Qisas oduyla yandıq,ər böyüyən nəsillər,
Babəkin,Xətainin qılıncından  ğüc əmər,
Ay,ulduz haşiyəli bayrağa sarılmışıq,
Torpaq,  gözün aydın biz qayıtmışıq.
 
Oyan Xarı  bülbül,oyan qərənfil,
Sil ğöz yaşını Bakı,Ərdəbil,
Ey babam Pənah xan,İbrahimxəlil
Basıb sənğərləri dağlar aşmışıq,
Şuşam, gözün aydın biz qayıtmışıq.
 
Füzuli,Cəbrayıl, Laçın,Zənğilan,
Qubadlı,Kəlbəcər,Ağdamdır yanan,
Ey odlar diyarı, can Azərbaycan,
Hər  dağa,har daşa bayraq  sancmışıq,
Qarabağ, gözün aydın biz qayıtmışıq.
 
Qəlpə-qəlpə bölündün kağızdakı yazıyla,
«Ğülüstanı»  suvardıq « Kürəkçayın »  suyuyla,
Ünvanını yazdılar min yozumlu adıyla,
Bütövləşib bir olduq cahana hay salmışıq,
Vətən, gözün aydın biz  qayıtmışıq.