adalet.az header logo
  • Bakı 21°C
24 Fevral 2021 11:46
27969
ELM VƏ TƏHSİL
A- A+

Qarlı hava ilə bağlı məktəblərdə vəziyyət necədir? - Nazirlikdən AÇIQLAMA

Hazırda ölkə ərazisində müşahidə edilən qarlı, küləkli hava şəraiti məktəblərdə əyani formada təhsil alan şagirdlərin davamiyyətinə təsir edib.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, məktəblərdə davamiyyətin çox aşağı düşdüyü məlum olsa da, statistik rəqəmləri hələ açıqlamaq mümkün deyil.

Nazirlik rəsmisi yaxın vaxtlarda nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini söyləyib.