SON DƏQİQƏ:

Röyaya fahişə, Faiqə gey deyənlər - Orxan Saffari yazır

  26408   |  
Şriftin ölçüsü  

Bilmirəm, bəlkə də, hələki başqa ölkədə olmadığıma görədir, amma nədənsə, elə bilirəm, bu münasibət ancaq bizim ölkədədir, bizim adamlardadır. Düzdü, xaricdə yaşayan adamlardan bunu soruşmuşam da, cavab da almışam, amma bəzən bunlar çaşqınlıq yaradıb deyə, qalmışam belə-iki fikrin arasında. Ona görə də söz verirəm ki, başqa ölkələrə gedə bilsəm, orda dediklərimin şahidi olsam, mütləq gəlib bu yazıya düzəliş edəcək, bəlkə, üzr də istəyib başqa bir yazı yazacam. Sizlərə minnət vurub, borclu qalmaq fikrim yoxdur. 


Söhbət azərbaycanlıların sənətə, sənətçiyə olan münasibətindən gedir. Hər sahənin adamları yaxşı bilir. Ədəbiyyatçıya başqa cür, rəssama başqa, məsələn, musiqiyə də bir başqa münasibət var. Musiqini xüsusi vurğulayıram, çünki indi bunun davasını aparacağıq. 

Raund!

Yadıma hələ sosial şəbəkələrin olmadığı, olanda da aktiv olmadığı vaxtlar düşür. Hansı ki, xalq hər kəsi televiziyadan, radiodan, qəzetdən, jurnaldan, kitabdan tanıyırdı. Onda müğənnilərin də tanınmağı bir başqa idi. Lentli kasetlerin dövrü, müğənnilərin albomlarının əl-əl gəzməsi..Pəəəh. Uşaqlığıma düşsə də, bir qədər bunları görüb yaşadığımdan məmnunam. 

Yəqin, hamının yadındadır, bu günün bir çox gözəl sənətçiləri, həmin dövrlər üçün fahişədən başqa bir şey deyildi. Mən sizə danışıram Röyanın, Aygünün efirə açıq-saçıq paltarda çıxmağından, son dərəcə rahat hərəkət etmələrindən, 18+video və şəkillərinin yayılmasından.. 

Özünüz də bu cəmiyyətdən olduğunuz üçün hər şey bircə-bircə yadınızdadır, bilirəm. Pis çıxmasın, elə siz idiniz, mən idim də həmin adamlar. Durub, nağıl danışmağın nə adı var? Görürsüz ki, köşə yazıram, nağılı nənəniz də oxuya bilər. 

Əl-qərəz. Röyaya fahişə, Faiqə gey deyənlərin böyük bir qismi artıq onları qəbul elədi, sevdi. Səbəblərsə, çox uzun və sadədir, aşağı-yuxarı da hamınız bilirsiniz, amma bir tikə bunu deyim ki, əsl səbəb sənət idi. Dövr dəyişdi, düşüncə dəyişdi, müəyyən kütlə anladı ki, sənətçinin həyatının necə olması vacib deyil, öz işidir, bizə sənət lazımdır, sənət. 

Sənət, sənət üçündür! 
Parnasizm, akmeizm- gedin, bu cərəyanları da araşdırın. İki daşın arasında sizə ədəbi bilgi də verirəm. And olsun, mənim də qədrimi bilməsəniz, daha sizə mənim heç bir sözüm yoxdur. 

Məni bütün bunların fonunda maraqlandıran məsələ isə azərbaycanlıların sənətçiyə olan münasibətidir. Yəni, özümüzkülərə. 

Ay balam, sən o vaxt da, indi də xarici lüt müğənniyə baxıb kayf alan, əşi, xaricidir də, ona olar, onlar belədir deyən, ümumiyyətlə, onun soyunmağının fərqinə varmayan adamsan, indi nə olub düşmüsən bizimkilərin üstünə ki, sənin oran-buran niyə görünür, sən niyə iki dəfə boşanmısan, filankəslə də sevgilisən?

Ümumiyyətlə, ay adam, sənə bu məsələlərin istisi-soyuğu nədir? Mahnına qulaq asa bilmirsən? 

Necə olur ki, Anjelinanın soyunmağı normaldı, bizim Röyanın yox? Aygünün əməliyyat eləyib, bədənin harasınısa düzəltməyi problemdi, amma xarici bir müğənninin sinəsini, ya başqa yerini düzəltməsi, dəyişməyi yox? Nolub, alə, milli qeyrət hissi boğur? Xaricilər, düşmən bizə baxıb gülür?!

Hə, anladım, o, xaricidir axı. Mentalitet, namus-qeyret, ana-bacı zad. Başa düşürəm, ay brat. Bizim müğənnimiz gərək hicabda, uçan xalçada çıxsın efirə. 

Uçan xalça demiş, Alim Qasımov müəllimə də salamlarımı göndərirəm. 

Yenə deyirəm, dünyanın başqa heç bir yerində olmamışam, amma bilirəm ki, dünyanın heç bir yerində bu söhbətlər getmir. Heç bir amerikalı, başqa bir amerikalıya inanmıram desin ki, "Hey,  Con, o yaxşı oxuyur, amma heyif ki, geydi də. Hey, Con, gördün Cesikanı?iki mahnı oxuyub soyundu, tanınmaq istəyir"


Nə bilim e, vallah. Mənim bu məsələ haqqında da sözüm çoxdur, sizə deməyə də. Amma çox danışmaqdansa, müəyyən qədər yazmağı üstün tutmuşam. Ümid edirəm, sizlərə bəxş etdiyim bu lüksdən faydalanacaqsınız. 


Xahiş edirəm, ağıllı olun, sənətlə qalın.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK