adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Fevral 2021 17:09
18556
DÜNYA
A- A+

Armen Sarkisyan Paşinyanın təklifini rədd edib

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı könüllü istefaya getməyə çağırıb.

Azvision.az xəbər verir ki, bu barədə Paşinyan tərəfdarları qarşısında çıxış edərkən bildirib.

O deyib ki, prezident Armen Sarkisyana Qasparyanın istefaya getməsi barədə qərarı imzalamağı təklif edib. Lakin Sarkisyan imzalamayıb.

Paşinyan əlavə edib ki, prezidentlə telefonda danışıb və ona Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalı olduğunu deyib.

“Əgər imzalamırsa, onda bu, o deməkdir ki, prezident çevrilişi dəstəkləyir? Seçim çox sadədir"?.

Paşinyan, Baş qərargah rəisi vəzifəsinə təyin etdiyi, müharibə zamanı 100% güvəndiyi general-polkovnik rütbəsini verdiyi Onik Qasparyanla bağlı səhv etdiyini söyləyib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Bundan sonra Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.