adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Mart 2021 12:23
28831
HADİSƏ
A- A+

Qubadlı və Cəbrayılda ermənilərin atıb qaçdığı silah-sursatlar aşkarlandı - FOTO

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Qubadlı və Cəbrayıl Rayon Polis Şöbələrinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı Qubadlı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 1 ədəd minaatan qurğusu, 6 ədəd avtomat, 21 ədəd müxtəlif növ qumbaralar və alışdırıcıları, 12 ədəd qumbaraatan mərmisi və alışdırıcıları, 3760 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən isə 20 ədəd avtomat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.