adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Mart 2021 12:20
25848
ELM VƏ TƏHSİL
A- A+

Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər

Təhsil Nazirliyinin əməkdaşları intihar etmiş şagirdlərin ailələrinə baş çəkiblər.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, martın 10-da təhsil nazirinin müşaviri Nigar Bağırlı və Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova ötən gün intihar edən Abşeron rayonu Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdlərinin ailələrinə baş çəkib, valideyn və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.