adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Mart 2021 09:12
64543
TEXNOLOGİYA
A- A+

Dünyanın ən sürətli elektrikli qayığı hazırlanır

İsveçin “Candela” şirkəti yeni qayığını suya buraxmağa hazırlaşır.

“New Atlas” resursunun məlumatına görə, qayıq dünyada elektriklə çalışan ən sürətli su nəqliyyatı vasitəsi olacaq.

12 metrlik qayıq 24 nəfəri göyərtəsində daşıya biləcək.

Şərti adı P-30 olan elektrikli qayığın 2023-cü ildə kütləvi istifadəyə verilməsi planlaşdırılır.

Onun qiyməti hələ ki açıqlanmır.