SON DƏQİQƏ:

Mollanı əmmamələməlimi, əmmamələməməlimi? – Eminquey yazır

  25760   |  
Şriftin ölçüsü  

Mollalıq etmək sevdasına düşmüşəm, ey bəni Adəmlər!

Hərçənd ki, xalqın tez-tez dilində dövr eləyən “mollalıq” etmə ifadəsi yaxşıya yozulmur, amma mollanı süfrəmizin, qəbrimizin başında əyləşdirən də bizik.

Haqverdiyevə haq verməyən, Mirzə Cəlili zəlil gününə qoyan, Sabirin həyatını Sibirə çevirən insanlarıq, amma heykəllərinin önündə təzim edən də bizik.

Vaveyla!

Ey ölülər!

Qorxuğum müsəlmanlar!

Dərindən təəssüf ki, təhlükənin düz qucağında özümüzə dövlət yaratmışıq. Cənubdan gələn cahil küləklər bəzən hər şeyi vurub-dağıdır, bəzən isə aram-aram ovur, aşındırır.

2012-ci ildə Qubada qeyri-adi molla peyda olur. Qubanın Amsar kəndində yaşayan 49 yaşlı Şükür Fətəliyev inanc yeri kimi tanınan "babagörükən" adlı yerdə mollalıq edir. Özünə övliya deyən bu adam həm əynindəki paltarlarını yaşıl geyinir, həm də əlindəki ağacdan hazırlanmış yaşıl qılıncla gəzir. Guya ki Allahın dərgahına qalxıb, ona vergi verilib.

2015-ci ildə Şəmkirdə rayonun kəndlərindən birində qurulan toy məclisi uzun illər davam edən böyük bir fırıldaqçılıq, qalmaqallı məsələnin sirlərini açır.

Evini “ziyarətgaha” çevirən şarlatan mollanın qıza təcavüz etdiyi ortaya çıxır.

Gəlin toy axşamı həyat yoldaşına iki il əvvəl 49 yaşlı Müsahib Vəliyev adlı fırıldaqçı seyidin ona bir stəkan su adı ilə dərman içirərək təcavüz etdiyini danışır.

Toyun səhəri günü bu xəbəri eşidən ailə üzvləri, çoxsaylı kənd sakinləri bu günə kimi kənddə rast gəlinməmiş belə bir rüsvayçı olaya görə ayağa qalxaraq, "molla"nın evini mühasirəyə alırlar. Mənzilin şüşələrini sındırıb, daş-qalaq etsələr də, çölə çıxan olmur.

2016-cı ilin 15 noyabrında molla evində başqa qadınla yaxalanır. Polis onları tutur və molla polisə “sən mənə heç nə edə bilməzsən, mən bu qadını alıram” deyir.

İstər Azərbaycanda, istər Şərq ölkələrində bu kimi xəbərlər adamın gözünü yara edir. Qonşu Türkiyədə molla xəbəri çıxmasa, insanlar rahat yata bilmirlər.

Bizdə isə bu şarlatan dəstələri o qədər dərin kök salıblar ki, yaxın keçmişdə “Qaloş piri”nə qoşmadığımız zarafatlara görə təəssüflənməklə kifayətlənə bilmişik.

Əlimizdən başqa nə gəlir ki?!

Budəfəki hadisənin mərkəzi Lerikdir.

Lerikin Barzavu kənd sakini, molla kimi tanınan 57 yaşlı Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı deyil. O, sadəcə kənddə namaz qılan, kənd camaatından pul almaqla Yasin surəsi, Quran oxuyan şəxs olub.

Molla qonşuluqda yaşayan Zəkifə Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə mənzilə girir və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayır. 3 uşaq anası olan Zkifə qışqırmağa başlayır və “evə oğru girib” deyərək qonşularını köməyə çağırır. Qadının qışqırdığını görən molla cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək, onu amansızlıqla qətlə yetirir.

Zəkfənin həyat yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsinin iştirakçısıdır və hazırda Şuşada hərbi xidmətddədir.

Bəli, əvvəllər mollalar “xalqa xidmət başında” min hoqqadan çıxırdılarsa, indi daha da azğınlaşıb birbaşa “evə çatdırılma” ilə öz kariyeralarının zirvəsinə çatıblar.

O qədər vicdansızlaşıblar ki, ərinin Rusiyada çörək qazanmağa getməyindən, bir oğlunun şəhərdə işləməyindən, müharibədə döyüşmüş bir oğlunun hal-hazırda Şuşada xidmət etməyindən, digər oğlunun isə meşəyə odun qırmağa getməyindən istifadə edib qadını zorlayacaq qədər gözləri qızıb.

Ailəsini dövlətə, insanlara etibar etmiş kişilərin namusuna göz dikmək insanlığa yaraşmır, o ki qaldı mollalığa, axundluğa.

Və nə təəssüf ki, qonşuluqdan gələn bu cahilizmlə mübarizə aparmaq tarixin istənilən dövrlərində bizə torpaq almaqdan daha çətin bir məsələyə çevrilib. Torpaqları azad etdik, bəs ailəmizi, qızlarımızı, qadınlarımızı bu cahil-cühəlanın, gözləri qızmışların, saxtabaşların əlindən necə xilas edək?

Dövlətin bir edam cəzası da yoxdur ki, kökləri kəsilsin...

“Tütək səsi”ndəki Qılınc Qurban kimi qışqırmaq istəyirəm:

- Bu gün Cəbrayılı bağışlayaq, sabah da başqaları əsgər namusuna sataşmağa başlasınlar, hə?

Sonra elə ona cavab verən İsfəndiyar kişi kimi özümə təsəlli verirəm:

- İnamını itirmə, Qurban, inamını itirmə...

Və bir şeydə rahatlıq tapıram. O mollaya müharibəni də, əsgər namusunu da necə lazımdır sübut edəcəklər.

“Vaveyla” deyib Allahdan yapışsa da, xeyri olmayacaq...

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-07
2021-05-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK