adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 May 2021 12:56
460955
MÜSAHİBƏ
A- A+

Sevinc Orucova: “Raqufa “Milli Qəhrəman” verilməsə də, xalqın gözündə əbədi olaraq qəhrəman qaldı” - MÜSAHİBƏ

Söz vaxtını çəkər, düz 23 ilin söhbətidir. 1998-ci il mayın 9-da Murovda yerləşən N saylı hərbi hissəsinin gənc əsgərlərinin andiçmə mərasimindən sonra bayram tədbiri keçirilirdi. Tədbirdə mükafat alanların arasında baş leytenant Raquf Orucovun adı çəkiləndə bütün diqqətimiz tribunaya yönəldi. Bu, haqqında əfsanələr eşitdiyimiz məşhur kəşfiyyatçı Raquf Orucov idi... Çavuşlarımız biz gənc əsgərlərə onun haqqında elə şeylər danışmışdılar, elə bilirdik ki, elə Murov boyda bir adamdır. Amma gözlədiyimizin əksinə tribunaya bəstəboy çəlimsiz gənc bir adam çıxdı. Ona “Hərbi xidmətlərə görə” medalı, vaxtından əvvəl rütbə və bir də o dövrdə Ali Baş Komandan olan mərhum ümummilli lider Heydər Əliyevin imzası olan saat hədiyyə olundu. Zəmanəsinin ən böyük kəşfiyyatçısı gənc həmkarının uğuruna biganə qalmamışdı...

Raquf Orucov “Murov” əsgərlərinin “komutan” dediyi 2-3 zabitdən biri idi. Hamı bilir ki, Murovda qulluq edən istənilən əsgər və ya zabitə “Murov qartalı” deyirlər. Bizlər “Murov qartalı” adını ona halal etdik.

Qəhrəmanın ömür gün yoldaşı Sevinc xanım da özü kimi igid qadındır. Atalar belə yerdə gözəl deyib: "Aslanın erkəyi dişisi olmaz". "ZƏFƏR" Şəhid ailələrinə dəstək ictimai birliyi rəhbəri Sevinc Orucova bu gün öz əməlləri ilə Raqufun xatirəsini yaşadır.

 

 

- Sevinc xanım, “44 günlük” Vətən Müharibəsində müzəffər ordumuzun qələbələrinin əsasını qoyan, xalqı silkələyib özünə qaytaran  qəhrəmanlıq tariximizin ən şərəfli səhifələrindən olan “Aprel döyüşləri”ndən 5 il keçdi. Bu 5 ilin necə tez keçdiyini şəxsən mən heç hiss etmədim. Sanki Yer kürəsi çox sürətlə hərəkət edir. Sizin üçün bu 5 il necə keçdi?

-  Mən də 5 ilin necə tez keçməsini hiss etmədim. Raquf kimi igidi itirmək, bizim ailəmizin faciəsidir, Elə bil dünən olub. Elə həmin gündə qalmışıq. Elə həmin günkü yanğı ürəyimizi yandırır...(Kövrəlir)

Bu 5 il bir-birinə oxşayan ağrılı, yeknəsək günlər və yalnız ziyarətə getdiyimiz bir məkan oldu. Və bir də heç vaxt bitməyəcək həsrət. Nəinki mən, o döyüşlərdə şəhid olanların ailələrində də eyni vəziyyətdir. Biz həmişə bir-birimizlə əlaqə saxlayırıq, görüşüb söhbət edirik. Acının köhnəsi-təzəsi olmur. Raquf Orucovun itkisi tək ailəmiz üçün deyi, deyərdim bütün Azərbaycan üçün bir faciə idi. Raqif aprel döyüşlərində öləsi adam deyildi, o, Vətən Müharibəsində  komutanlıq etməli idi. Raqufdan sonra bizim həyat tərzimiz, dünyaya baxşımız dəyişdi. Calışdım ki, övladlarımız onun qaydaları ilə böyüsün, onun arzularını həyata keçirmək üçün yaşadım. Doğrudur, bu illər ərzində övladrımızın bəzi nailiyyətləri oldu, amma heç bir sevinc onun yoxluğunun təskinliyini vermədi. Elə bir söz yoxdur ki, bizə təskinlik versin.

- Yəqin ki, xatırlayırsız, orta məktəbdə oxuyanda, dərsliklərdə İsrafil Məmmədov, Həzi Aslanov, Qafur Məmmdəvov, Mehdi Hüseynzadə haqqında məlumatları oxuyur, barələrində çəkilən filmlərə baxırdıq. Doğrudur, içimizdə qəhrəman olmaq arzusu baş qaldırsa da, amma nəsə mənə əfsanə kimi gəlirdi. Sonrdan müharibə qəhrəmanları şəxsən tanıdıq, belə insanların əfsanə deyil real olduğunu gördük. Bəlkə də taleyin xoş bir qəsmətidir ki, Raquf kimi qəhrəmanı şəxsən tanımışam. Onun necə qəhrəman olduğunu görmüşəm. Mən sizə bir söz deyim ki, Murovda qulluq edən bütün əsgərlərə, zabitlərə “Murov qartalı” deyilib. Amma biz bu adı Raqufa halal etdik. Biz hələ “gənc əsgər” idik, onun haqqında əfsanələr eşidirdik. Əslində bunlar hamısı bir həqiqət idi. Özü o qəhrəmanlıqlardan sizə söhbət edirdimi?

- Özünüz də bilirsiz ki, Raquf çox təvazökar, sadə insan idi. Heç vaxt özü haqqında evdə nəsə danışmayıb. Əksinə belə şeylərə qarşı idi, etdikləri onun üçün adi bir iş, vəzifə idi. Aprel döyüşlərindən az əvvəl keçmiş əsgərindən bir mesaj almışdı. Həmin əsgər ona çox gözəl sözlər yazmışdı. Mən ona ilişmək üçün soruşdum ki, doğrudan deyir, yoxsa tabeçiliyinda olub deyə səni tərifləyir? Onda zarafatla dedi ki, mənim qədrimi sən bilməsən də, xalq biləcək. Mən o sevgini Raqufun tabutu Sunqayıta gətiriləndə gördüm. Yüz minlərlə insan onun tabutunu Sumqayıtın girəcəyindən əllərində daşıdı. İnanın səmimiliyimə, mən o sevginin yanında özümü yad hiss etdim. Raquf etdiyini heç vaxt deməzdi. Bu beş ildə bəlkə də onun minlərlə keçmiş əsgərini, zabit yoldaşlarını tanımışam. Hamısında da öz çəkdiyim acını hiss etmişəm.

- Rəhmətlik Polad Haşımovun qırx mərasimində iştirak edən bütün keçmiş Murovda qulluq edənlər, bərk yağış yağmasına baxmayaraq, Raqufun məzarı üstünə getdik. İnanın ki, hərəsi 10 ermənini yalın əllə boğa bilən yeklə-yekə kişilər onun məzarının qarşısında diz çöküb hönkürdülər…

- Biz hər həftə onun məzarını ziyarətə gedirik. İnanın hər dəfə onun mıəzarının yanlnda kimsə olur. İstər Murovda, istər Ağdamda, istərsə də Ağcabədidə qulluq edəndə həmişə o, axirətdə cənnətini qazanıb. Mən ondan şikayət edəcək heç kimi görmədim. Onun məzarımı ziyarət etmək üçün hər gün insanlar gəlir. Həm tağım komandir, həm tabor komandiri, həm də hərbi hissə komandiri olanda eyni sadəliyi qoruyub. Heç vaxt özünü əsgərdən üstün tutmazdı. Tağım komandiri olanda da səngərdə olub, hərbni hissə komandiri olanda da. Hətta mən onda deyəndə ki, səngərdə olmaqla sən təkcə özünü deyil, bütün hərbi hissəni təhlükəyə atırsan. Mənə deyirdi ki, işimə qarışma… Ağdamda hərbi hssə komandiri olanda biz də Xındırıstanda yaşayırdıq. Ordan-ora evə nadir hallarda gəlirdi. İnanın ki, əsgər görüşünə gedən valideyn kimi, mən uşaqları götürüb özüm onun dalınca hıərbi hissəyə gedirdim. Çünki uşaqlar çox daırıxrdılar. O, əsgərlərini uşaqlarından çox istəyirdi. Hər gün postları bir-bir özü yoxlayırdı. Evə gələndə də bir də gördün gecə saat 3-də çıxıb gedirdi postları yoxlamağa. Çünki erməni postları ilə ən yaxın səngərlər onun hərbi hissəsində idi. Bəzən gedib yatdığı yerdə əsgərlərin postda şəklini çəkirdi. Mən ona şikayətlənəndə ki, axı öz səhhətinə ziyan vurursan, gecə şirin yuxuna haram qatıb gedirsən. Onda həmin şəkilləri göstərirdi ki, axı əsgər yorulub yata bilər…

- Murovda olanda da təlimlərdə başqa bölüklərin qaravulda yatan əsgərərinin əlllərini bağlayıb aparırdı, yaxud silahlarını acıb götürürdü. Biz bayramlarda Raqufun kəşfiyya bölüyünün əsgərlərinin əlbayaxa döyüş səhnələrinə baxırdıq. Bəzən özü də onlarla çıxış edirdi. İnana bilmirdik ki, bu odur. Çünki adi vaxtda, bəstəboy, arıq çəlimsiz, bəzən çiyinlərini də sallaylıb qabağa əyilib gəzirdi. Amma o döyüş səhnələrində olurdu bir cəngavər. Biz elə səhnələri karate filmlərində görmüşdük. Sadə və mülayim olması ilə yanaşı, çox sərt idi. Bəzən səhv edən adamı danlayanda elə sözlər deyirdi ki, vursaydı ondan min dəfə yaxşı idi.

 - Raqufun aforizmlərini mən indi də evdə işlədirəm. Böyük oğlumuz özü həmişə dərslərinə diqqətli olsa da, Raquf onu sıxırdı. Mən deyirdim ki, onsuz da özü oxuyur da, incitmə. Deyirdi ki, mən illərdir, bunun kimi gənclərlə işləyirəm, psoxologiyalarına bələdəm, boş buraxsam rahatlaşacaq. Doğru dediniz, adami danlayanda elə sözlər tapirdi ki, adamin min qatindan keçirdi.

- Biz gənc əsgər olanda onun haqqında elə şeylər eşitmişdik ki, düşünürdüm bu adamın azı 2 metr boyu, 1 metr də eni var... Amma onun bölüyü ilə məşqlərini görəndə başa düşdük ki, elə adı-sanı qədər var imiş. Onun əsgərlərinə biz aramızda “Raqufun adamyeyənləri” deyirdik. Hər adam onun bölüyündə davam gətirmirdi.

- Hərb onun üçün peşə deyil, həyat tərzi idi. Mülki geyimdə sıxılırdı. Bəzən Sumqayıta bir həftəlik məzuniyyətə gəlirdi, 3 gündən sonra darıxıb hərbi hissəyə qayıdırdı. Həmin 3 gündə də bütün günü tabeliyindəki zabitlərlə telefonla danışırdı. Hərbi hissə kiomandiri vəzifəsindən çıxarılanda, çox yalvardım ki, Raquf, artıq təqaüd vaxtın da çoxdan çatıb, bəsdir, bir yandan da uşaqlar böyüyür, onların təhsili ilə ciddi məşğul olmaq lazımdı. Əvvəlvə razılaşmışdı, lakin sonra fikrindən daşındı. Xüsusi Təyinatlı Qüvvələrdən təklif alan kimi sevinə-sevinə qəbul etdi.

- Mən bildiyim qədəri ilə, hələ Murovda olanda o, həm vəzifə pillələrini tez qalxdı, həm də rütbələri vaxtından əvvəl aldı. Demək olar ki, mən orda olduğum iki ildə o tağım komandirliyindən kəşfiyyat rəisi vəzifəsinə qədədr qalxdı. Mən özüm şahidim olmuşam, bizim and içmə mərasimində ona deyəsən “Azərbaycan bayrağı” ordeni, vaxtından əvvəl rütbə, bir də  mərhum ümummilli lider Heydər Əliyevin göndərdiyi saat verildi. Heydər Əliyev “Cəmilli” əməliyyatına görə özü mükafatlandırmışdı. Bildiiyim qədəri ilə həmin dövrdə Xüsusi Təyinatlı Qüvvələr yaradılırdı və onu da dəvət etdilər. Sonra o, niyə yenə Murova qayıtdı?

- Raqufun zabit kimi başladığı dövr Azərbaycan Milli Ordusunun ilk formalaşmağa başladığı illər idi. Raquf zabit olmazdan əvvəl də Ağdamın özünümüdafiə batalyonlarında vuruşmuşdu. Onda olan hərbçi istedadını görüb Ali Hərbi Komandirlər Məktəbinə oxumağa yolladılar. Hətta oranı da, ikinci kursda yarım qoyub kiçik leytenanat rütbəsilə döyüş bölgəsinə xidmətə yollandı. O, birinci Qarabağ döyüşlərinin qazisi idi, ayağında qəlpələr vardı. 1999-cu ildə XTQ yaradılanda Raqufu ora təcrübəli kəşfiyyatçı olaraq təlimatçı kimi dəvət etdilər. Baş leytenant rütbəsi olsa da, onu adlı-sanlı kəşfiyyatçı kimi ora dəvət etmişdilər. 6 ayda təlimlərdə iştirak etdi. Təlimləri türklər keçirdilər. Biz onda nişanlı idik. Bir gün dedi ki, yenıə Murova qayıdıram. Nə qədər səbəbini soruşsam da demədi. Deyəsən, özü raport yazıb, Murova öz vəzifəsinə göndərilməyi xahiş etmişdi. XTQ məxfi hərbi hissə olduğu üçün heç vaxt bu barədə danişmazdı.  Murovdakl N saylı hərbi hissənin kəşfiyyat rəisi vəzifəsindən sonra onu xüsusi təyinatlı taborun qərargah rəisi vəzifəsinə göndərdilər. Sonra da Bakıya iki illik Hərbi Akademiyaya gəldi. Onun ümumiyyıətlə hərbçi həyatında rahat yaşadığı illər də akademiyada təhsil aldığı illər idi. Akademiyadan sonra onu Haramı düzündəki hərbi hissədə tabor komandiri yolladılar. Ondan sonra yenə ömrü yalnız səngərdə keçdi. Onu orda 6 il tabor komandiri saxladılar. Onun vəzifəsi də, rütbəsi də orda gecikdi. Özü də hirslənirdi ki, 6 il mayor olmaq olar? Bu elə bir dövr idi ki, qeyri-peşəkar zabitlər vəzifələrdən tərxis olduğunua görə peşəkar zabit tez yüksəlirdi. Amma onun yüksəlməsinə maner olanlar tapıldı... Onu korpus komandiri Həmzəyev nədənsə Raqufu görməzlikdən gəlirdi. Həmzəyev gedəndən sonra yeni korpus komandiri Raqufu gördü. Gördü deyəndə ki. Raqufu Ali Baş Komandana qədər hamı tanıyırdı. Yeni korpus komandiri Raqufu dəyərləndirdi, tez bir zamanda Raqufu qulluq etdiyi hərbi hissənin birbaşa qərargah rəisi təyin etdilər. Eyni gündə polkovnik-leytenant rütbəsini də aldı. Həmin günü ad günü idi. Elə həmin ildə də Ağdamdakı N saylı hərbni hissənin komandiri təyin edildi. Yenə də döyüş bölgəsində. İnanın ki, o, həmin hərbi hissəni elə bərbad vəziyyətdə qəbul etmişdi ki. Ağdamda baxmayaraq ki,  hərbi hiossənin komandiri idi, evdə tapmırdıq. Maşınlar səngərəcən getsin deyə traktorla səngərlərin qarşısında torpaqdan hündür təpəciklər düzəldirdi. İnanın özü traktor sürücüsünün yanında oturub təlimat verirdi. Ən dəhşətlisi bilirsinizmi nədir, o cür işləyən komandiri vəzifədən çıxarıb, ondan əvvəlki komandiri onun yerinə təyin etdilər. O, yenə də sınmadı, hərbdən geri çəkilmədi. Son döyüşünə gedəndə də mənə demədi. Bir də gördüm ki, yüz minlərlə insanın çiynində xalq onu evə gətirdi. Raqufa “Milli Qəhərman” verilməsə də, xalqın gözündə əbədi olaraq qəhrəman qaldı.

Söhbətləşdi: İltifat HACIXANOĞLU