SON DƏQİQƏ:

ELMİ İCTİMAİYYƏTİN NƏZƏRİNƏ: ƏSL ELMDƏN DANIŞAQ!

  75506   |  
Şriftin ölçüsü  

Son zamanlar ölkəmizdə anti-elm ilə məşğul olan üzdəniraq "elm" adamları sosial mediada və televizyonlarda çox "aktivləşiblər" (Məsələn, İctimai TV- də "Elmə aparan yol: gənclərin qarşısını nə kəsir?" verilişində). Qabartdıqları məsələlərdən ən əsası odur ki, güya "Web of Scince" (Clarivate Analytics) bazasına daxil olan bütün elmi jurnallarda məqalə çap elətdirmək pulludur. Bu tamam yalan məlumatdır. Məsələn, mənim və tələbələrimin "Web of Science" jurnallarında 100-ə qədər məqaləsi çap olunub və bunların heç birisinin çapı üçün pul ödənməyib. Dogrusu budur ki, bütün "Web of Science" jurnallarınin yalnız 5 faizini təşkil edən bəzi jurnallar var ki, onlar pulldur, bu cür jurnallarda da iki variant var:

1. Bəzi "Web of Science" jurnalları "Open access" variantını təklif edir;

2. Bəzi "Web of Science" jurnalları isə öz səhfəsində yazır ki, məqalə çapı pulludur.

2-ci variantda çap olunan məqalələr dünya elmi ictimaiyyəti tərəfindən müsbət qəbul olunmur, hətta bəzi ölkələrin elmi qurumları bu cür məqalələri diqqətə almır və qadağan edib. Üzdəniraq "elm" adamlarının ağızdolusu bəhs etdiyi jurnallar bu az miqdarda olan jurnallardır.

1-ci varianta daxil olan jurnallar əslində pulsuzdur, "Open access" versiyonunu da "optional" (seçimli) olaraq müəlliflərə təqdim edirlər, bunun mənası odur ki, əgər sən "Open access" versiyonunu seçmisənsə, onda jurnal sənin məqaləni dünyadakı bütün elm adamlarına on-line açır, bu versiyonu seçməyənlərin (yəni, bu jurnallarda pulsuz məqalə çap etdirənlərin) məqaləri isə açıq olmur, onları universitetlerin və elm mərkəzlərinin kitabxanalarından və ya onların jurnallara on-line bağlantılarından əldə edib oxumaq olar. Ümumiyyətlə, mən "Open access" versiyonuna da tam müsbət baxmıram. Bu versiyon Eynşteyn, Perelman çapında alimlər üçün düşünülmüşdür, çünki bu cür alimlərin nəticələri dünya alimlərinə həmən açılmalıdır. Amma bir çox psevdo-alimler buradakı iyi niyyəti, "boşluq" kimi istifadə edirlər, yüksək miqdarda pullari elmi təskilatdardan və qrantlardan bu "Open access" məqalələrinə ödətdirə bilirlər və sürətli bir şəkildə çap olunurlar.

Baxınız, yuxarıdakı söhbətimiz "Web of Scince" jurnallarının yalnız 5 faizi haqqında oldu. Bəs niyə bu üzdəniraq "alimlər" pulsuz elmi məqalə çap eləyən 95 faizlik "Web of Science" jurnallarından bəhs eləmirlər. Çünkü burada çap olunmaq onların işi deyil. Buna 1-2 misal gətirəcəm:

Bir neçə il bundan əvvəl, xarici bir ölkədə 25 illik çaışmalarımı yekunlaşdiraraq doğma vətənimizə döndüm. Ölkəmizın sayğın universitetlərindən birində "Web of Scince" məqalələri üzrə müsabiqə keçirilirdi, onun komissiyasına rəhbərlik mənə tapşırılmışdı. Müraciətlərin bitmə tarixinin son günündə akademik adını "zəbt" etmiş bir üzdəniraq "elm" adamı sekretarı tərəfindən bizim komissiyaya elm əsərlərinin siyahısını təqdim etdi, özü də mənə telefon etdi ki, mənim əsərlətimdən 100- i "Web of Science" jurnalındadır. Hətta telefonda bu şəxsi səsindən tanimadığıma görə də təəcübləndiyini də hiss etdim. Nə isə ... 100 rəqəmi mənə maraqlı gəldi, özüm kontrol etmeye qərar verdim ... kontrolun nəticəsi: 100 rəqəmi 0 rəqəmi ilə əvəz olundu;

Başqa bir misal: Daha bir "akademik" adlanan birisinin məqaləsinin "fake" (saxta təqlid) jurnalda çap olunduğunu görduk. Bizi daha çox təəcübləndirən o idi ki, dəqiq elm üzrə məqalə xaricidə bir politik jurnalın təqlidi olan saxta bir jurnalda çap olunmuşdu ...

Əslində "Web of Science" jurnallarında pulsuz çap olunmaq o qədər də çətin deyil. Onəmli olan bu elmi bazanın dəqiq elmlər üzrə SCI-Exp indeksinə daxil olan jurnallarında çap olunmaqdır, bu indeksə daxil olan jurnallar 4 sinifə ayrılır (Q1 - Q4). Əsl elm adamlarından bu jurnallarda çap olunması istənir. Dünyada dəqiq elmlərin bütün nailiyyətləri bu jurnallarda çap olunur. "Web of Science"-in daha aşağı indeksleri də var:

1. ESCI;

2. KCI ( Cənubi Koreya);

3. Russian SCI;

4. Sci ELO (Latın Amerika, Portuqaliya, İspaniya, Cənubi Afrika).

Ey psevdo-alimler! Saxlayın "Web of Science" jurnallarına "ləkə" atmağı, heç olmazsa onun bu aşağı indekslərində məqalə çıxarın!

Son olaraq, onu da qeyd edim ki, ölkəmizdə "Web of Science" üzrə ən bərbad vəziyyət humanitar sahələrdədir. Bu sahələr üzrə "Web of Science"- də iki indeks var:

1. SSCI

2. A&HCI

Demək olar ki, bu indekslərdə ölkəmiz üzrə çap olunan məqalə yox səviyyəsindədir. "Web of Science" jurnalları haqqında mənfi rəy yaratmaq istəyənlər də ən çox bu sahədə fəaliyyət göstərən bəzi üzdəniraq "alimlərdir". Bütün televizyonları və sosial medianı "zəbt" eləmiş bəzi tarixçilərimiz, son zamanlar sayı həndəsi silsilə kimi çoxalan bəzi sosialogiya üzrə alimlərimiz yetər daxili auditoriyaya yönələn və bir-birinizi təkrar edən çıxışlarınız, bu bəhs etdiyim jurnallara məqalə yazın, ölkənin elm üzrə reytinqini yüksəldin!

 

Arif Səlimov,

Əməkdar elm xadimi,

Fizika-riyaziyyat elmləri doktoru, professor,

BDU-nun "Cəbr və həndəsə" kafedrasının müdiri

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK