adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Iyun 2021 13:54
30186
ŞOU-BİZNES
A- A+

Kaan Yıldırım qərar verdi: Hadisə ilə yollarını ayırdı


 Türkiyəli müğənni Hadisə sevgilisindən evlilik təklifi alsa da heç bir halda ailə qura bilmir. Çünki dedi-qodular onu xoşbəxt olmağa imkan vermir.


Adı biznesmen Rza Zərrabla eşq dedi-qodularında hallanan Hadisə sevgilisi Kaan Yıldırımdan ayrılıb.
Adalet.az Türkiyə mediasına istinadən  xəbər verir ki, gah küsüb, gah barışan cütlük münasibətlərinə son verib.
Onlar bir-birlərini “Instagram”da izləmədən çıxarıblar.

 


Ebru Gündəşlə evli olan zaman Zərrabla ABŞ-da görüşməsi iddia edildikdən sonra Hadisə və Yıldırımın evlilik planı təxirə düşüb. Hətta iddiaya görə, Yıldırıma ailəsindən bu münasibəti bitirməsi ilə bağlı xəbərdarlıq da edilib.


 Qeyd edək ki, Ebru Gündəşin həyat yoldaşından ayrılmasına da səbəb Hadisə olduğu deyilir.


 Əntiqə Rəşid