SON DƏQİQƏ:

AVRO-2020: Ukrayna millisi ilk qələbəsini qazandı

  19995   |  
Şriftin ölçüsü  

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura start verilib.

Adalet.az xəbər verir ki, Ukrayna millisi Şimali Makedoniya yığması ilə qarşılaşıb. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüş Andrey Şevçenkonun baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolu 29-cu dəqiqədə ukraynalıların heyətində Andrey Yarmolenko vurub. Cəmi 5 dəqiqə sonra Roman Yaremçuk fərqi 2 topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb. 56-cı dəqiqədə Şimali Makedoniya millisinin müdafiəçisi Özcan Alioski buraxılan qollardan birinin əvəzini çıxıb. Onun yerinə yetirdiyi penalti zərbəsini rəqib qapıçı dəf etsə də, topa hamıdan tez çatan Alioski adını tabloya yazdırıb. 84-cü dəqiqədə Ukrayna yığması 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. Ruslan Malinovskinin fərqlənməsinə qolkiper Stole Dimitrevski imkan verməyib.

Bu qələbədən sonra xallarını 3-ə çatdıran Ukrayna 3-cü pillədəki yerini qoruyub. Xalı olmayan Şimali Makedoniya isə sonuncudur.

Qeyd edək ki, bu qrupun digər oyununda Niderland və Avstriya yığmaları üz-üzə gələcəklər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK