adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
18 Iyun 2021 16:31
59643
İDMAN
A- A+

AVRO-2020-nin Bakıdakı üçüncü oyununun hakimləri bilindi

AVRO-2020-də qrup mərhələsinin III turunun ilk təyinatları açıqlanıb.

Adalet.az xəbər verir ki, iyunun 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq İsveçrə – Türkiyə qarşılaşmasını sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Ona həmyerliləri kömək edəcək. Dördüncü və ehtiyat beşinci hakim İsveçdəndir. UEFA Almaniyadan olan briqadaya VAR hakimləri kimi təyinat verib. Görüşün hakim-inspektoru rusiyalı Nikolay Levnikov, UEFA nümayəndəsi isə gürcüstanlı İrakli Nakaidze olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.