SON DƏQİQƏ:

COVID-19 sertifikatları artıq “myGov” portalına inteqrasiya olundu

  15373   |  
Şriftin ölçüsü  

COVID-19 sertifikatları “myGov.az” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, vətəndaşlar COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” portalında “Məlumatlarım” bölməsində baxa bilərlər. Bununla yanaşı, şəxsi kabinetdə “Qurumlar üzrə” bölmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olaraq müvafiq sertifikatlara baxmaq mümkündür.

“myGov” şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və ikinci dozanın tarixləri haqqında da bildirişlərin göndərilməsinə başlanılıb.

İmmunitet sertifikatı son 6 ay ərzində yoluxmuş şəxslərə verilir. Vaksin sertifikatı isə birinci və ikinci doza vaksini vuran vətəndaşlara təqdim olunur. Vaksin sertifikatında sənədin nömrəsi və verilmə tarixi, həmçinin vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), birinci doza, ikinci doza haqqında məlumatlar və QR kod öz əksini tapıb. İmmunitet sertifikatında isə sənədin nömrəsi və verilmə tarixi, vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), testin adı, son pozitiv nəticənin tarixi, qüvvədə olma müddəti haqqında məlumatlar və QR kod yerləşdirilib.

“Android” və “iOS” əməliyyat sistemi istifadəçiləri COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” mobil tətbiqindən də baxa bilərlər.

Elektron Hökumətin İnkişafı Mərkəzi elektron xidmətlərə dair vətəndaşlar arasında mütəmadi olaraq sorğular aparır, toplanan rəy və təklifləri təhlil edərək, təkmilləşdirmə işləri həyata keçirir. Bu rəy və təkliflərin təhlili nəticəsində “myGov” mobil tətbiqində bir sıra yeniliklər vətəndaşların sərəncamına təqdim edilib. Belə ki, “ASAN ödəniş” mobil tətbiqi üzrə bir sıra ödənişlərin “myGov” mobil tətbiqinə inteqrasiyası həyata keçirilib. Həmçinin, vətəndaşlara “myGov”da “daşınmaz əmlak məlumatlarım” bölməsində daşınmaz əmlak haqqında məlumatları yükləmək imkanı yaradılıb, mobil tətbiqin dizaynında bir sıra yeniliklər tətbiq olunub.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK