adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Iyul 2021 18:24
80546
SİYASƏT
A- A+

Ceyhun Bayramovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.