adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Iyul 2021 19:48
21756
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Bu gün Azərbaycanda koronavirus əleyhinə 17 067 vaksin vurulub.

Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 5 392, ikinci mərhələ üzrə 11 675 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 415 967, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 602 510, ikinci mərhələ üzrə isə 1 813 457 nəfər təşkil edir.