adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Iyul 2021 17:12
18794
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 615 nəfər COVID-19-a yoluxub, 181 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib, aktiv xəstə sayı 4 955 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, ötən müddət ərzində isə ümumilikdə 4 014 073 test aparılıb.