adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyul 2021 15:02
16350
İQTİSADİYYAT
A- A+

Dövlət Neft Fondu hərraclarının 87 faizində təklif tələbi üstələyib - Elman Rüstəmov

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il 55 valyuta hərracında 3,23 mlrd. ABŞ dolları satıb və hərracların 87%-də təklif tələbi üstələyib.

Adalet.az-ın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, nəticədə ARDNF hərraclarda qənaət edib və bu günə Fondun qənaəti 539 mln. dollar təşkil edir. Valyuta bazarında isə profisit var və tam tarazlıq hökm sürür.