SON DƏQİQƏ:

Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb

  28537   |  
Şriftin ölçüsü  

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Adalet.az-a bildirilib ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı Kanal” buraxılış sisteminə yönləndirilib. Vətəndaşın yükləri monitordan keçən zaman şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus boz rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim edilməyən, yazılı, elektron və şifahi formada bəyan olunmayan, ümumi çəkisi 146 qram qızıl zərgərlik məmulatları – 16 ədəd kulon, 9 ədəd qolbaq, 5 ədəd sikkə, 3 ədəd üzük, 2 cüt sırğa, 1 ədəd kulonlu boyunbağı və 1 ədəd sancaq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK