adalet.az header logo
  • Bakı 7°C
01 Avqust 2021 12:17
71037
KRİMİNAL
A- A+

1 tona yaxın narkotik məhv edildi: Gədəbəydə - FOTO

Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Ümumi çəkisi 932 kiloqram olan 1 432 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.