adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Avqust 2021 17:16
13801
ELM VƏ TƏHSİL
A- A+

Bu il dövlət büdcəsindən təhsilə 1.3 milyard manatdan çox pul xərclənib

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin təhsil xərcləri açıqlanıb.

Maliyyə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, təhsil xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz və ya 120,6 milyon manat azalaraq 1 milyard 363,0 milyon manat icra edilib.

Təhsil xərcləri 1 milyard 450,1 milyon manat proqnoza qarşı 94,0 faiz və ya 87,1 milyon manat kəsrlə icra edilərək illik proqnozun 41,6 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında təhsil xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar və aprel az, digər aylarda çox icra edilib.