adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Avqust 2021 18:25
6458
MƏMLƏKƏT
A- A+

“Qarabağ” mehmanxanası - “Avan Shoushi Plaza” - “Qarabağ” oteli

Ermənistan hökuməti Qarabağı işğal etdikdən sonra Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək otel kimi istifadəyə  verirdilər. Bu otellərdən biri  “Avan Shoushi Plaza” hoteldir. Üçulduz lisenziyası ilə sənədləşdirilən bu otel, keçmiş “Qarabağ” mehmanxanasının binasıdır.

Adalet.az   xəbər verir ki,  uzun illər istifadəsiz qalan bina  2011-ci ildə otel kimi istifadəyə verilib. Oteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq  mövcud olub. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: Məlumata görə, qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərirdi.. 

Bir dəfə  o dövrdə Şuşa Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Ramiq Məhərrəmovdan Şuşa ilə bağlı müsahibə götürərkən o bildirdi ki, şəhərin ponaramasına xüsusi rəng qatan 9 mərtəbəli, 100 yerlik “Qarabağ” mehmanxanası, “Azərsənayetikinti istehsalat birliyinin”  “Dağlıqqarabağ sənayetikinti” layihə birliyinin “Qonaq evi-mehmanxana”sı 1980-cı ildə tikilib və  ulu öndər Heydər Əliyev 1982-ci ildə Şuşaya gələrkən orada qalıb.


Azərbaycan Ordusunun möhtəşəm qələbəsindən sonra məlum oldu ki, bina yararsız vəziyyətdədir. Dövlət qurumları dərhal binanın yenidən qurulması üçün işlərə başladı. Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” otelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
1980-ci ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.