adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Sentyabr 2021 16:08
1598
ƏDƏBİYYAT
A- A+

Haqlı tələb - Əlisəfa Azayev yazır

Qızxanım arvadın torpaq məsələsi onu lap boğaza yığmışdı. Əvvəl mübahisəli işləri rayon məhkəməsində olmuş, sonra da Apelliyasiya məhkəməsində baxsalar da qadın razı qalmamış, demişdi:

- O Dövlət Aktındakı cizgilər qətiyyən düzgün deyil!...Bu da çıxarış!... Mənim

torpağım yağmalanıb, zəbt olunub!...Təqsirkarlar cavab versinlər!...

O ərəfədə iri bir cöngəsini də satıb pul eyləyib, cibinə qoymuşdu. Demişdi:

- Elə bu bələdiyyənin, icranın, rayon rəhbərliyinin acığına bu işin axırına kimi

gedəcəyəm.

Tanışları ona sataşırdılar.

- Prezidentin qəbuluna?

- Elə bilirsiz ki getmərəm?

- Get də...

- Qoy görək hələlik bunlar nə deyir.

Mübahisəli məsələ həqiqətən də xeyli müddət uzanmaqda idi. Qadını qınamağın

adı yox idi. Yollarda qalmışdı. Kimsə dilləndi:

- Əvvəl Baş Nazirin yanına get.

- O qocanın?!.

- Niyə qoca olur, ay arvad...

- Heç onun səsini eşitmisiz? Elə sakit danışır ki, elə bil kiməsə verəcəyi, borcu var.

- Abırlı adamdı da...İndi çığırıb- bağırmayana, haqqını tələb etməyənə elə belə də

deyirlər. Bir sözlə belələrinə yağlı kökə yoxdu.

- Mənim kimi...

- Sənə nolub ey...Səninki harınlıqdı.

- Danışdı da!... Qozbel!...

Oradakılar onun sözlərinə gülüşdülər. Qızxanım arvad arada rahat bir yerdə

əyləşib çayını, suyunu içdi. Çörəyini yedi. Onun kiçik sumkasında hər bir ehtiyatı vardı. Hara gedirdisə onu özü ilə götürərdi. Xüsusilə belə uzaq yerə, səfərə gedəndə.

- Bu vəkil harada qaldı ey...

Şəhərdə çox yeri tanımadığı üçün narahat idi. Hətta qatara minəndə bələdçi qızdan

da soruşmuşdu:

- Anacan,ağrın alım... Mənə deyə bilərsənmi o şəhərdə Ədalət sarayı haradadı?

- Ədalət sarayı?!- Qız bir anlıq fikirə gedən kimi oldu.

- Bəli, Ali Məhkəmə də, orada mənim işimə baxacaqlar.

- Belə de də, ay xala ... Şah İsmayıl Xətainin heykəlinin ....”Xətai” metrosunun

yanında.

- Çox sağ ol, qızım...

- Dəyməz... Belə nə işiniz var ki?!.

- Torpaq mübahisəsidi.

- Ey... kəççilərin də bu işi olmaya da... Bir qarış torpaq üstə qırırlar bir-birini...

Onun bu sözləri qadına acıq getdi. Dilləndi:

- Sən onu elə demə, bala... Dünyada bu çaxnaşmalar, bəlalar hamısı torpaq üstə

deyil... Torpağımızın qədrini bilməliyik

- Daha bizi kimi yox da... İtirəndən sonra əl-ayağa düşmüşük.

- Başsız başçılarımız var idi də...

- Bəs indikilər ?

- Lap yaxşıdılar. İşləmirəm, ayda nə qədər pensiya alıram. Allah bərəkət versin.

Qatardan düşən kimi metro ilə "28 May” stansiyasına gəldi. Oradan da Cəfər Cabbarlı stansiyasında yeraltı qatara mindi. Arada qatar qəflətən tormozladı, təkanların sayı çox oldı. Bir tərəfdən də işıq, qısa qapanma. Qadın narahat halda dilləndi:

- Niyə belə?

- Olan şeydi.

Metrodan çıxandan sonra yolu keçib, soruşduğu istiqamətə hərəkət elədi.

Divardakı yazıda oxudu: "Xocalı” prospekti. Vaxtı vardı... Bir anlıq ayaq saxladı... Sonra isə geriyə dönərək bir qədər surətlə addımladı. Uzaqda görünən o abidəni, heykəli televizorda görmüşdü. Çox böyük insan axını vardı... Fevral ayının 26-sı günü idi... Qətlam anımı xatırladı, ağrındı:

- Can...can!...

- ...

- Sizi bu günə qoyanların əlləri tökülsün, evləri dağılsın!...

- ...

- Bu gül-çiçəkdənsə silah alsınlar, torpaqlarımızı azad eləsinlər də!...

Qadın hələ də abidənin özülündəki qabarma şəkillərə baxmaqda, ölü cocuğunu sanki insanlara göstərib, fəryad edən cavan gəlinin ah-naləsini eşitməkdə idi. Səsləndi.

- Ay insanlar! Niyə eşitmirsiz bu gəlinin səsini ! Səhər biz də bu faciəni yaşaya

bilərik!... Onun kimi qəlbimizə övlad dağı çəkilə bilər!...

Qadın daha bir söz deməyib, göz yaşları içində oradan uzaqlaşdı. Yol boyu öz-özünə kövrəlib ağlamaqda, göz yaşı tökməkdə idi.

- Axı niyə belə oldu?!.. Bu insanlar niyə qırır bir-birini. Yerə soxum ermənini...

Bir az səbirli olsaydı, bəlkə indi Bakı da onun idi. Tutmadıqları, yaşamadıqları yer yox idi... İndi bizlə torpaq davası edir.Əclaf xalqdı da... Xeyrin-şərin bilməyən, çörək itirən.

- ...Kişilərimizin əsil isti yorğanları idilər də... Görəsən indi xəcalət çəkirlərmi?...

Rayonda yeniyetmə də qalmırdı... Hamısı şəhərə, mehmanxanalara qaçırdılar...

O gələndə Əbdulu Ali Məhkəmənin yanında gördü. Vəkil gileyləndi:

- Ay arvad...

- Arvad anandı...

- Yaxşı, Qızxanım xala ...Bu telefonu daha niyə gəzdirirsən. Səhərdən sənə zəng

çalmaqdan yorulmuşam.

Arvad tez əl-ayağa düşdü, mobil telefonunu çıxartdı.

- Mənə zəng gəlməyib axı.

- Ver baxım.

Vəkil telefona baxanda səsləndi:

- Bu ki bağlanıb.

- Yəqin əlim dəyib də...

- Ola bilər...

Qadın telefonu alıb cibinə qoyandan sonra ətrafa göz gəzdirdi. Ali Məhkəmənin

təzə, möhtəşəm binasına baxa-baxa sotuşdu?...

- Ay oğul, bu tərəzilər nədi?! Bura bazardı?...

Əbdül hirslənən kimi oldu.

- Qızxanım xala, bu nə sözlərdi deyirsən?...

- Tərəzilər çoxluğuna görə deyirəm də... Gör neçəsi var... Qabartma şəkilləri göz

oxşayır...-Sonra da başladı onları sanamağa: - Bir... İki...Üç...Dörd...

- Hə, dörd tərzi şəkili var orada.

- Tərəzinin çox olması ziyanlı deyil. Tərəzi çox olan yerdə haqq- ədalət, aydınlıq

olar.

- Bu adi tərzi deyil... Ədalət tərəzisidi... Qədim Yunanstanın ədalət allahı Femidanın

şərəfinə qoyulub onun adı.... Femidanın tərəzisi deyirlər ona.

- Pulu çəkir, ölçürlər?

- Yox ey, ay arvad... Onunla haqq-ədalət bərqərar edilir. Yuxarı qalxan gözünə ağır

sübut daşı qoyasan ki, haqlı olduğunu subut edəsən, tarazılıq alına...

- Belə de...

- Sən də deyirsən ki...

Onlar qabaq qapıdan girmək istəyəndə, polis nəfəri səsləndi:

- Vətəndaşlar, oradan olmaz!

Qızxanım arvad heyrətləndi:

- Oradan yox, arxa qapıdan!

Vəkil də sözünü dedi:

- Gəlin də... Bunun nə təqsiri... Yəqin belə məsləhətdi... Buna da belə tapşırıblar ki,

qoymur da.

Qızxanım arvadın əsil mənada höcətliyi tutdu:

- Səkkiz sutun, dörd tərəzi...Yanlarında da altı- altı... Arxada daha çox ... İçəri

isə buraxmırlar...

Polis ona bozardı:

- Ay xala, keç də!... Ağ eləmə!...

- Ağ eləyən mən yox, anandı ki, sənin kimi başadüşməz övlad tərbiyə edib,

böyüdüb.

- İndi qonaqlar gəlir... Sədrlə... Xaricilər də var...Bizi başa düşün də...

Vəkil də Qızxanım arvadı dilə tutmağa çalışdı.

- Nə danışırsız... O vaxt Qarbaçov məni kürsüdən endirə bilmədi. İndi bunun

Sözü ilə arxa qapıdan keçəcəyəm?!.

Vəkil heyrətləndi... Soruşdu:

- Deputat olmusuz?..

- Əlbətdə ki...

Qonaqlar maşınla gəldilər. Sədr də onların arasında idi. Deyib- gülür, sakit halda

danışırdılar:

- Da... da... tikilidi...

- Əla... Prelest...

- Avropa Şurasının koməkliyi ilə?... Yoxsa yerli vəsaitlə?...

- Hər ikisi ilə...

Gülüşdülər...Bu an Qızxanım arvadın səsi eşidildi:

- Əla!.. Yaxşı binadı?..Nolsun ki?!. Mən vətəndaş kimi onun əsas qapısından içəri

keçə bilmirəm!..

Sədr heyrətləndi:

- Bu nə sözlərdi?!.

Qonaqlar da heyrətləndilər, duruxdular?

- Na uçun?!

- Haqlı tələbdı...

- Qadına şərait yaradın...

Hətta bu vaxt sədr qadının əvvəl içəri keçməsini istədi. Qızxanım arvad dedi:

- Yox, siz keçin...Hamınız... Sonra mən keçəcəyəm...

Qonaqlardan sonra onlar vəkillə içəri keçdilər. Polis nəfəri hələ də uzaqdan ona

baxmaqda, gileylənməkdə idi:

- Nə qansız qadındı. Heç nədən məni pis vəziyyətdə qoydu.

Bir azdan əməkdaşlardan birinin səsi eşidildi:

- O cavabdeh...Qızxanım xanım kimdi?.. Torpaq işi ilə əlaqədar gəlib...

Qadın səsləndi:

- Mənəm ...

- Yaxın gəlin...

Əməkdaş əlindəki qeydlərə nəzər salaraq dilləndi:

- İndi hələlik təzə binaya baxırlar. Otağa keçəndən sonra sizi qəbul edəcəklər. Sizin

eləcə dirəşməyiniz qonaqlara xoş gəlib...

Qızxanım arvad yanaqları allanmış halda dilləndi:

- Mən nə etmişəm ki... Öz hüququmu, haqqımı tələb etmişəm də...- Sonra kənarda

dayanan polisə baxaraq dilləndi: - Sən də bağışla, oğul... Bir qədər hirsləndim... Ancaq məni günahkar, təqsirkar bilmə... Belə olmamalıdı. Əsas qapı dura- dura niyə alçalaq, arxa qapıdan içəri girək. Bütün pis işlər belə qapılardan görülür axı.

- Onu düz deyirsiniz .

Qonaqlar onu yenə də çox səmimi qarşıladılar. Sədr ona əyləşmək üçün yer göstərdi. Dilləndi:

- Qızxanım xanım elə bir qadın deyil. Bir balaca anlaşılmamazlıq olub da...

Xarici qonaqlar gülümsər halda dilləndilər:

- Çox əla!...Otliçno!...

- Arxa qapını sevmir da!...

- Haqqı, adalatı talab edir da!...

Qızxanım xala üçün də çay gətirsələr də o içmədi. Təsirlənmiş halda dedi:

- Mənim ərim çox qonaqpərvər adam idi... Qapımız həmişə qonaqla dolu

olardı...İndi isə bir o qədər gəlib –gedən yoxdur... Qarbaçova Allah lənət eləsin. Bu milli münaqişəni, Qarabağ məsələsini saldı ortalığa da...

O gün vəkil şadlıq içində idi. Qızxanım arvadın torpaq məsələsinə tez-tələsik

baxdılar, hər şey də onun xeyirinə həll olundu. Demələrinə görə xarici qonaqlar Qızxanım xalanın yaşadığı rayona, onun kəndinə, evinə getmək istəyirlər. Maşına minəndə, yola düşənədə də qonaqlar deyirdilər:

- Siz çox yaxsı adam!...

- Bayavoy kadın!...

- Trudavoy...amakçı!...

Sədr də gülümsər halda dilləndi:

- Qızxanım bacı qonaqlara yaxşı baxın... Pürrəngi çay verərsiniz, toyuq da kəsərsiniz...

Qadın o an dilləndi:

- Onlar sizin, mənim qonaqlarımdılar... Yurdumuza gəliblər. Onları xoş üzlə

qarşılamaq borcumuzdu... Lap hinduşqa, erkək qoyun kəsdirəcəyəm... Divara yazdığınız o sözlərdən də çox xoşum gəldi. "Ədalət mühakiməsi dövlətin əsasıdır”...