SON DƏQİQƏ:

Pirşağıda yeni magistral su kəmərləri inşa olunur

  209   |  
Şriftin ölçüsü  

Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən layihələrin icrası davam etdirilir. Sabunçu rayonunun Pirşağı qəsəbəsində əhalinin dayanıqlı su təminatı məqsədilə yeni magistral su kəmərləri inşa olunur.

ASC-dən Adalet.az-a bildirilib ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına 2011-2020-ci illərdə Pirşağı qəsəbəsində bir neçə kiçik layihə həyata keçirilsə də bəzi ünvanların su təminatında çətinliklər olub.

Son illər Pirşağı qəsəbəsində yaşayış ərazilərinin genişlənməsi ilə əlaqədar içməli suya təlabatın artmasını nəzərə alaraq Ceyranbatan-Maştağa su kəmərindən qəsəbəyə iki istiqamətdə - 110 və 500 mm diametrli, ümumilikdə 2,4 km uzunluğunda magistral su kəmərləri çəkilir. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Magistral su xətti istifadəyə verildikdən sonra əhali tərəfindən fərdi qaydada çəkilmiş, tikinti normalarına cavab verməyən və artıq istismara yararsız vəziyyətdə olan qəsəbədaxili köhnə xətlərin də yenilənməsinə başlanılacaq.

Qeyd edək ki, hazırda Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr icra olunur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK