adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Sentyabr 2021 12:59
1477
ANALİZ
A- A+

Azərbaycanlı və Türkiyəli diplomatların qatillərinə heykəl: İrəvanda  “Nemezis” canfəşanlığı...- FOTOLAR

Ermənilər 44 günlük müharibədə uğradığı  böyük məğlubiyyətin acısını hər addım başı hiss edir və ağrı acını xəfiflətmək üçün ağıllarına gələni edirlər. Məsələn, Qarabağda həm ordu olaraq, həm də xalq olaraq darmadağın olduqlarına baxmayaraq, Azərbaycan ordusuna qarşı təxribatlar törətdilər. Azərbaycan dövlətinin sərhəddlərində sərhəd xəttinin yenidən qurulmasına maneçilik törətdilər, hər gün pafosla “müharibə revanşı” deyə “nəğmələr oxudular” və sairə...

Azərbaycan diplomatiyası və ordusu ermənilərin bütün provakasiyon hərəkətlərinin qarşısını əzmlə aldı. 

Adalet.az xəbər verir ki, bütün növ “həmlə”lərindən əli üzülən ermənilər bu dəfə daha qıcıqlandırıcı üsullara əl atdılar. 
Beləki, İrəvanın mərkəzində Daşnaksütyun Partiyasının təşəbbüsü ilə Osmanlı İmperiyasının və Azərbaycan Demokratik Respublikasının liderlərinin məhvi ilə bağlı "Nemezis" terror əməliyyatını təcəssüm etdirən abidə ucaldılması planlaşdırılır. İrəvanda Osmanlı və AXC dövlət xadimlərinə qarşı sui-qəsdlər törədən və silsilə qətllər icra edən terrorçulara abidə qoyulması barədə  qərarı verilib.

 

 “Nemezis” nədir, kimdir? Məqsəd?


Birinci Dünya müharibəsi bitdikdə almanlarla birlikdə məğlub olan Osmanlı İmperatorluğuna mənsub səlahiyyətlilərə qarşı müxtəlif ölkələrdə sui-qəsdlər həyata keçirildi. Müharibə zamanı guya “qurban olan ermənilərin” , xüsusən də “qondarma erməni soyqırım”ın qisasını almaq üçün Almaniya, Berlin, Roma, Tiflis kimi önəmli yerlərdə ermənilər vasitəsi ilə peşəkar sui-qəsdlər təşkil edildi. 1919-cu ilin oktyabrında "Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar verdi. Bəli,  “Daşnaksütyun” partiyasının təşkilatçılığı ilə keçirdiyi terror aksiyaları “Nemezis” əməliyyatı adlandı.. 
Qatı millətçi, şovinist Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salındı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrildi.


  19  iyun 1920-ci il  -  Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçusu Aram Yerkanyan tərəfindən qətlə yetirilmişdir.


İyul - 1920-ci il  - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişdir.

 

 

1920-ci il - Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli  Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişdir.

 

19 iyul 1921-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri Behbud xan Cavanşir Türkiyənin İstanbul şəhərində “Daşnaksütyun” partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilmişdir.

 

 Əntiqə Rəşid

Digər Xəbərlər