adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Sentyabr 2021 13:57
1144
SİYASƏT
A- A+

Arzuxan Əlizadə : “Artıq Dağlıq Qarabağ mövcud deyil...”

Ermənistanın baş naziri Nikol Paşinyan parlamendə çıxışı zamanı erməniləri Qarabağdan Ermənistana daha rahat gedib-gəlməsi üçün Laçın koridorundan başqa yeni  yolun çəkilməsi barədə danışıb.  O bildirib ki, bu barədə Xankəndindəki separatçı rejimlə Rusiya sülhməramlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə işçi müzakirələr aparılır.

“Mütəxəssislərimiz onlarla əlaqə quracaq, konkret bir təklif hazırlanacaq və biz bu təklifləri müzakirə edəcəyik. Bu, tərəflərin razılığı ilə baş verməlidir, danışıqlar zamanı “Artsax” və Ermənistan xalqlarının mənafelərinə maksimum riayət olunmasını təmin etmək üçün mümkün olan hər şeyi edəcəyik ",-  Nikol Paşinyan deyib.

10 noyabr anlaşmasından sonra rus hərbçilərinin Qarabağda yerləşməsilə ritorikasını dəyişən Paşinyan yenə sərsəm bəyanatlar verməyə başlayıb. Qarabağla Ermənistan arasında yeni yolun çəkilməsi narədə rus sülhməramlıları separatşı rejimlə hansı səlahiyyətlə danışıq apara bilər, axı? Azərbaycan rəsmilərə niyə bu məsələ barədə bir söz demirlər?

“Paşinyan məğlub olmuş dövlətinə və xalqına "yağlı vədlər" verməklə düşdüyü ağır durumu uzatmağı hədəfləyib. Son günlər bir - birini təkzib edən açıqlamaları ilə əslində özünü daha pis vəziyyətə salıb. O yaxşı bilir ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Azərbaycanın beynəlxalq hüquq tərəfindən təsdiqlənmiş ərazisində istənilən layihələri həyata keçirmək hüququ yalnız Azərbaycan dövlətinə məxsusdur...”

Bu sözləri sözü gedən məsələyə münasibət bildirərkən Azərbaycan Milli  İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Adalet.az”-a danışərkən dedi.  Onun sözlərinə görə, artıq Dağlıq Qarabağ,  status-kvo mövsud deyil. Sadəcə Azərbaycan ərazisində yaşayan ermənilər tədricən Azərbaycan qanunvericiliyinə inteqrasiya olunacaqlar. Bu belə də olacaq. Bunun başqa yolu mümkün deyil”.

Daha sonra yeni yol barədə də danışan partiya sədri bildirdi ki,  bu sadəcə erməni baş nazirin yeni səmləməsidir. 

“Bir daha vurğulayıram, suveren ərazimizdə istənilən layihə Azərbaycan dövləti tərəfindən həyata keçirilə bilər. Hətta yol çəkilişi nəzərdə tutulduğu halda, bu,  yalnız Azərbaycanın iradəsi ilə baş tuta bilər. Qarşılıqlı etimadın sülhün yaranması ən çox Ermənistanın atacağı addımlardan asılı olacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Zəngəzur koridorunu açmalı, Qarabağdakı silahlı dəstələrini ləğv etməlidir ki, qarşılıqlı etimadan danışaq  və yaxud hər hansı birgə layihəni birgə işləyək”,- deyə A.Əlizadə əlavə etdi.

İLTİFAT