adalet.az header logo
  • Bakı 7°C
18 Sentyabr 2021 10:09
1137
DÜNYA
A- A+

Dünyanın ən ucaboy xalqı açıqlandı

Dünyanın ən uzun boylu insanları Niderland sakinləridir.

Bu barədə ölkənin statistika idarəsindən məlumat verilib.

Məlumata görə, ötən əsrin 80-ci illərində ölkədə doğulan nəsil müasir dünyanın ən ucaboy insanları olaraq qeydə alınıb. Belə ki, həmin şəxslərin orta boyu kişilərdə 183.9, qadınlarda isə 175.6 sm-dir. Yeni minillikdə dünyaya gələn niderlandlıların boyu isə onlardan 1-1.4 sm daha alçaqdır.

Qurumdan bildirilib ki, ölkəyə gələn miqrant dalğasıyla əlaqədar, son dörd nəsildə Niderland sakinlərinin boyu azalıb.

TRT