SON DƏQİQƏ:

Ermənistanın 56 ildir "erməni soyqırımı"deyib düşmənçilik etdiyi Türkiyədən DİALOQ UMACAĞI

  471   |  
Şriftin ölçüsü  


“Ermənistan Türkiyə ilə yüksək səviyyədə dialoqa başlamağa hazırdır”.


Adalet.az Sputnik Armenia saytına istinadən  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan deyib.
“İrəvan və Ankaranın rəsmi şəxsləri ilə effektiv müqavilələr başlasa, Ermənistan Türkiyə ilə yüksək səviyyədə dialoqa başlamağa hazırdır”, - deyə Mane Gevorkyan bildirib. 
Onun sözlərinə görə, Paşinyan parlamentin bu yaxınlarda baş tutan sessiyası zamanı Türkiyə ilə danışıqların başlaması ilə əlaqədar öz fikrini səsləndirib. O bu zaman qeyd etmişdi ki, yüksək səviyyəli əlaqələrdən əvvəl işçi müzakirələr aparılmalıdır.

 


“Ermənistan və Türkiyənin rəsmi şəxsləri arasında belə təmaslar hələ olmayıb. Buna baxmayaraq, Ermənistanın Nazirlər Kabineti bu cür təmaslara hazırdır. Belə effektiv işlər olarsa, Ermənistan yüksək səviyyəli görüşlərə də hazır olacaq”, - deyə M. Gevorkyan qeyd edib.


P. S. 1965-ci ildən erməni yalanlarına uyan və erməni lobbisinin təsiri altına düşən bir sıra ölkələrin parlamentlərində qondarma “erməni soyqırımı”na dair qətnamələr qəbul olunub.
Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib. Kampaniyanın əsas hədəfi "4 T" adlanan tələblərinin yerinə yetirilməsidir:

"Soyqırım"ın dünyada tanınması;
Türkiyənin "soyqırım"ı tanıması;
Türkiyənin "soyqırım"a uğramış adamların varislərinə təzminat ödəməsi;
Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;

 “Soyqırımı”nı 30 dan çox ölkə eyni zamanda ABŞ-ın 30 dan çox ştatı tanıyıb.


Qondarma “erməni soyqırımı”nı qəbul edən təşkilatlar  isə BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası, Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şurası, İnsan Haqları Dərnəyi, YMCA Avropa Birliyi, “Permanent Peoples” Tribunaldır.
 Ermənistanın bu çətin günlərində görəsən həmin ölkə və təşkilatlar niyə görünmədi? Niyə Ermənistana dəstək, təsəlli olmadı..?
 Uzun sözün qısası. 56 ildir  yüksək arenalardan Türkiyəyə qarşı düşmənçilik edən,  qondarma soyqırımın tanınması, şərtlərinin həyata keçməsi üçün milyonlar tökən ermənilərin əlacı yenə də mərhəmətinə sığındıqları Türkiyəyə qaldı. Azərbaycan tərəfdən sıxışdırılan Ermənistan dərdini Türkiyə ilə müzakirə etməyə çalışır, həm də  barışmaqdan başqa ayrı yol tapmır. 

 Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK