SON DƏQİQƏ:

Elnur Əşrəfoğlunun son durumu açıqlandı

  242   |  
Şriftin ölçüsü  

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Adalet.az xəbər verir ki, jurnalistin müalicə aldığı "Yeni Klinika"dan report-a E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlandığı bildirilib.

"Onda kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir. Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil", - klinikadan bildirilib.

ACF-nin baş katibi Elmar Babanlı isə açıqlamasında E.Əşrəfoğlunun müalicə aldığı klinika və ailə üzvləri ilə daim əlaqədə olduqlarını bildirib. Onun sözlərinə görə, iş yoldaşının müalicəsi üçün bütün lazımi tədbirlər görülür: "Onun səhhəti daimi nəzarətdədir".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra "Yeni Klinika"ya köçürülüb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK