adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Sentyabr 2021 20:04
1455
ŞOU-BİZNES
A- A+

Xərçənglə mübarizə aparan Canan Ərgüdərin son durumu.... 

 Türkiyəli aktrisa Canan Ergüder  "Güllərin savaşı" serialında çəkilərkən  ikinci dəfə ailə həyatı qurdu. Filmdə tərəf müqabili və sevgilisi olan Kənan Ece ilə  bir müddət, sevgili olsa da onu nigah masasına oturda bildi.  Cütlüyün Dəmir adında bir oğlu da var.

“Min bir gecə” serialında Əda rolu ilə tanınan  və sevilən Canan xanımdan kədərli xəbər var. O, uzun zamandır xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Adalet.az xəbər verir ki, C. Ergüder uzun müddətdən sonra ictimaiyyət içərisinə çıxıb..
O,  rol aldığı "Sadan hanım" sənədli filminin qala gecəsinə qatılıb.  Aktrisa ekran işində ölümündən 4 il əvvəl tanış olduğu alzheimer xəstəliyindən əziyyət çəkən Sadan Ünüvarın həyatını canlandırıb.

 

 


Təqdimat gecəsində kameralar önünə keçən aktrisa səhhəti ilə bağlı sualları cavablandırıb:
"Yaxşıyam, sağalıram. Çətin prosesdir... Müalicəm bitmək üzrədir. Kimyaterapiyam bitdi, radioterapiyam da bitmək üzərədir".


Sənətçi son olaraq "Menajerimi ara" serialında rol alıb. O, xəstələyinə görə ekran işindən ayrılmaq məcburiyyətində qalmışdı.

Qeyd  edək ki, Canan Ərgünərin həyat yoldaşı Kənan Ece Türkiyəli kino və televiziya aktyorudur. 24 dekabr 1980-ci ildə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində anadan olub. Avstriya Litseyini bitirdikdən sonra 2004-cü ildə ABŞ-da Devidson Kollecində teatr və iqtisadiyyat üzrə ali təhsil alıb. Tələbə olduğu illərdə bir çox rollar alıb. Məzun olduqdan sonra dörd il Dublində yaşayıb. Gaeity School of Acting və Irish Film Academy kinoakademiyasında aktyorluq sənəti üzrə təhsilini davam etdirib. İrlandiyanın ən populyar seriallarından sayılan “Fair City”nin 13 epizoduna çəkilib.

 

 

Daha sonra “The Abbey” İrlandiya Dövlət Teatrında işləyib. Türkiyəyə geri qayıtdıqdan sonra Yusuf Kürçenlinin “Qəlbindən soruş” dramına baş rola çəkilib. Bundan başqa “Samanyolu”, “Dəli Saraylı”, “İzmir çətəsi”, “Krem”, “Qəlb oğrusu” kimi teleserialların aktyor heyətində özünəməxsus yer tutub.


 

Əntiqə Rəşid