adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 11:58
742
MƏMLƏKƏT
A- A+

Adil Əliyevə qarşı "Facebook"da TƏXRİBAT

Dünəndən başlayaraq “Facebook” da “Statuskar”adlı səhifədə Azərbaycan Milli Məclisinin sədr müavini, millət vəkili Adil Əliyevin haqqında təxribat xarakterli bir paylaşım qoyulub. Belə ki, sözü gedən səhifədə millət vəkilinin üstündə “Adil Əliyev Azərbaycanın Prezidenti ola bilərmi” yazılmış foto-şəkli paylaşılıb. Paylaşımın altında şərh yazan çoxsaylı sosaial şəbəkə istifadəçisi bunun təxribat olduğunu bildirərək öz narazılıqlarını bildirb. 

A.Əliyevin etiraz cavabı da gecikməyib. Millət vəkili öz “Facebook” səhifəsində bu təxtibata belə cavab verib:

“Dostlar gördüyünüz kimi, bu səhifə təxribatla məşğul olur. Xaricdə oturub, erməni sahiblərindən, təlimatlar alan, şərəf və ləyaqətini itirmiş bu pisliklər, yenidən mənimlə bağlı, yalan şayiə yayaraq, böhtan atırlar. Xahiş edirəm, bu səhifəni şikayət edin. Eşq olsun müzəffər Ali Baş Komandan Ilham Əliyevə! Eşq olsun qalib Azərbaycan xalqina”.
 

İLTİFAT