adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 17:48
2070
HÜQUQ
A- A+

Rüşvətə görə həbs edilən TSEK sədrinə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alan və vəzifə saxtakarlığında ittiham edilən Katib Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Adalet.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Məmmədov 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, K.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının sədri olarkən vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.